Azərbaycanda yarım milyondan çox evi nə gözləyir? – Ekspert AÇIQLADI

Sənədsiz evlərlə bağlı son vəziyyət yenidən gündəmə gəlib. Bu məsələ vaxtaşırı müzakirə olunsa da, hələ də evlərini sənədləşdirə bilməyən vətəndaşlar var. İnsanlar illərdir yaşadıqları evlərə çıxarış almaq və mülkiyyət hüquqlarını rəsmiləşdirmək üçün həll yolu gözləyirlər.

Bəs sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı problem niyə hələ də həllini tapmır? Mövcud mexanizmlər bütün evlərin qeydiyyata alınması üçün kifayət edirmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan əmlak eksperti Anar Nəsirovun sözlərinə görə, Azərbaycanda 500 mindən çox sənədsiz ev var:

“Fikrimcə, bu evlərin hamısına “sənədsiz ev” demək düzgün deyil. Çünki onların böyük hissəsinin torpaqlarının ayrılması ilə bağlı ilkin sənədləri mövcuddur. Müxtəlif vaxtlarda rayon icra hakimiyyətləri, bələdiyyələr, sovxoz, kolxoz, idarə və təşkilatlar tərəfindən torpaq sahələri ayrılıb və bununla bağlı müəyyən sənədlər verilib. 

Bundan başqa, bu evlərin böyük hissəsinin qazı, suyu və işığı var, sayğacları quraşdırılıb. Əgər həmin evlər tamamilə hüquqi baxımdan tanınmırsa, onların bu kommunal xidmətlərə çıxışının olması da müəyyən sənədlərinin və hüquqi əsaslarının mövcudluğunu göstərir. Digər tərəfdən, dövlət orqanları, məhkəmələr, polis və müxtəlif idarələr həmin evlərin ünvanına rəsmi məktublar göndərirsə, deməli, bu evlərin ünvanı da müəyyən formada tanınır”.

Ekspert bildirib ki, bu evlərin hamısını “sənədsiz” adlandırmaq əvəzinə “çıxarışı olmayan” və ya “özəlləşdirilməmiş evlər” adlandırmaq daha düzgün olar:

“Bu evlərin təxminən 85 faizinin ilkin sənədləri var. Təxminən 15-20 faizinin isə həqiqətən sənədsiz olması mümkündür. Hər il bu evlərin rəsmiləşdirilməsi ilə bağlı müxtəlif qərarların qəbul ediləcəyi, müəyyən güzəştlərin tətbiq olunacağı deyilir, amma konkret nəticə görmürük.

Halbuki qadağan olunmamış ərazilərdə tikilən evlərin rəsmiləşdirilməsi yalnız vətəndaşların deyil, dövlətin də marağında olmalıdır. Çünki bu evlərin hüquqi sənədlərinin olmaması dövlət büdcəsinə də ciddi itkilər yaradır. Məsələn, çıxarış olmadığı üçün həmin evlərin kirayəsi zamanı rəsmi müqavilə bağlanmır və icarədən əldə olunan gəlir üzrə 10 faiz verginin ödənilməsi mümkün olmur. 

Eyni zamanda, bu evlər rəsmi şəkildə alınıb-satıla bilmədiyindən alqı-satqı zamanı ödənilən vergilər, notariat rüsumları, müxtəlif arayış və xidmət haqları da dövlət büdcəsinə daxil olmur.

Belə əmlakların rəsmi alqı-satqısı aparılmadığı üçün bazara dövlət nəzarəti də zəifləyir. Alqı-satqılar müxtəlif qeyri-rəsmi üsullarla həyata keçirilir. Bu isə həm vergidən yayınmaya, həm də əmlak bazarında şəffaflığın azalmasına səbəb olur. Hətta bu cür sənədsiz əmlaklardan qeyri-qanuni gəlirlərin əmlaka çevrilməsi və pul vəsaitlərinin leqallaşdırılması məqsədilə istifadə olunması riski də var”.

A.Nəsirovun fikrincə, vətəndaşlar bu evlərin sənədləri olmadığı üçün bir sıra imkanlardan məhrum olurlar:

“Çıxarışı olmayan evləri sığortalamaq, ipoteka predmeti kimi istifadə etmək və bankdan həmin əmlakın təminatı ilə kredit götürmək mümkün deyil. Həmçinin vətəndaşlar həmin evlər üzrə qeydiyyat, bəzi dövlət xidmətləri və digər hüquqi imkanlarla bağlı problemlərlə üzləşirlər. Bu evlər rəsmiləşdirilərsə, əmlak bazarına da müsbət təsir göstərə bilər.

Çünki sənədi olmayan evlərə vətəndaşların bir hissəsi maraq göstərmir. Hüquqi status müəyyənləşdikdə isə həmin əmlaklar bazara tam şəkildə daxil olacaq, alqı-satqı imkanları genişlənəcək və bu, müəyyən mənada bazardakı qiymətlərin də stabilləşməsinə kömək edə bilər”.

Məsələnin hansı formada həll olunacağına gəlincə, Anar Nəsirov deyib ki, bununla bağlı fikir bildirmək çətindir:

“Bu, xüsusi qərar, güzəşt mexanizmi formasında həyata keçirilə bilər. Məsələn, Türkiyədə “İmar affı” adlanan mexanizm tətbiq olunub və müəyyən kateqoriyaya aid evlər rəsmiləşdirilərək çıxarışla təmin edilib. Azərbaycanda da qadağan olunmamış ərazilərdə tikilən evlərin rəsmiləşdirilməsi ilə bağlı belə bir mexanizmdən istifadə oluna bilər.

Hesab edirəm ki, 500 mindən çox evin, xüsusilə də qadağan olunmamış ərazilərdə tikilən və müəyyən ilkin sənədləri olan evlərin rəsmiləşdirilməsi həm vətəndaşların, həm də dövlətin xeyrinə olar.

Çünki torpaq vergisi, əmlak vergisi, kirayə gəlirlərindən vergi, alqı-satqı zamanı ödənilən vergilər və müxtəlif rüsumlar hesabına hər il dövlət büdcəsinə milyonlarla manat əlavə vəsait daxil ola bilər. Yəni bu məsələyə yalnız sənədsiz evlər probleminin həlli kimi baxmaq düzgün deyil. Bu, eyni zamanda, əmlak bazarının leqallaşdırılması, dövlət nəzarətinin gücləndirilməsi və büdcə gəlirlərinin artırılması baxımından da əhəmiyyətlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Müğənni Lətifə aparıcı olacaq

Müğənni Lətifə aparıcı olacaq

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Goranboyda qəza olub, xəsarət alanlar var

Goranboyda qəza olub, xəsarət alanlar var

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

"Diplom alım, ömür boyu işləyim" dövrü bitdi"

"Diplom alım, ömür boyu işləyim" dövrü bitdi"

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq – Tarix AÇIQLANDI

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq – Tarix AÇIQLANDI

Dənizin dibində 2 min illik üzük tapıldı

Dənizin dibində 2 min illik üzük tapıldı

Azərbaycanda yarım milyondan çox evi nə gözləyir? – Ekspert AÇIQLADI

Azərbaycanda yarım milyondan çox evi nə gözləyir? – Ekspert AÇIQLADI

Husilər Ər-Riyad hava limanına yenidən zərbə endirdi - VİDEO

Husilər Ər-Riyad hava limanına yenidən zərbə endirdi - VİDEO

Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar

Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar

Özündən 45 yaş kiçik qadınla evlənmək istəyirdi – 170 minlik qızılından oldu – FOTO/VİDEO

Özündən 45 yaş kiçik qadınla evlənmək istəyirdi – 170 minlik qızılından oldu – FOTO/VİDEO

Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - Təfərrüat

Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - Təfərrüat

Tbilisi Dövlət Azərbaycan Dram Teatrına maliyyə vəsaiti artırılacaq

Tbilisi Dövlət Azərbaycan Dram Teatrına maliyyə vəsaiti artırılacaq

Ürək tutmasından ölən müğənninin əri yenidən evləndi – Bu dəfə özü infarkt oldu

Ürək tutmasından ölən müğənninin əri yenidən evləndi – Bu dəfə özü infarkt oldu

Ov etmək istəyənlərin nəzərinə: Bu gündən etibarən…

Ov etmək istəyənlərin nəzərinə: Bu gündən etibarən…

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Qocalmanı ləngitməyin çarəsi bu imiş – Dəniz xiyarı!

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Ən çox hörmət qazanan 4 bürc: Danışanda hamı susub onları dinləyir

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

Tramp Nobel Sülh Mükafatını ala bilməməsinə belə etiraz etdi – FOTO

End of content

No more pages to load

RADİO