ABŞ Prezidenti Donald Tramp 2026-ci il üçün Nobel Sülh Mükafatının ona verilməməsindən şikayətlənib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri “Truth” sosial şəbəkə hesabında yazıb.
"Mən 8 münaqişəyə son qoydum, daha ikisini bitirmək və ya həll etmək üzrəyəm, bütün israilli girovları – o cümlədən sonuncu 28 nəfəri (həm sağ, həm də ölü halda) – geri qaytardım, dünyanın müxtəlif ölkələrindəki yüzlərlə girovun azad edilərək evlərinə dönməsini təmin etdim, Venesueladakı münaqişədə qalib gəldim və həmin ölkəni amansızlıqla idarə edən qəddar diktatoru ələ keçirdim, həmçinin terrorizmin əsas dövlət himayədarı olan İran İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını aldım – və daha nələr, nələr! Buna baxmayaraq, nə mən, nə də ABŞ Nobel Sülh Mükafatını aldıq. Vau!" - deyə Tramp yazıb.
Qeyd edək ki, bu il Nobel Sülh Mükafatı Navanethem Pillaya (Navi) verilib.
O bu mükafata sülhün və beynəlxalq hüququn təşviqi istiqamətində göstərdiyi səylərə görə layiq görülüb. 85 yaşlı Navanethem "Navi" Pillay hind mənşəli Cənubi Afrikalı hüquqşünas, hakim və BMT-nin keçmiş yüksək vəzifəli rəsmisidir. O, CAR-da aparteid rejimi dövründə Natal əyalətində hüquq firması açan ilk qara dərilı qadın olub. Nelson Mandela daxil olmaqla, rejimlə mübarizə aparan çoxsaylı siyasi məhbusların müdafiəçisi kimi tanınıb. 2021-ci ildən BMT-nin İşğal olunmuş Fələstin Əraziləri üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyasına rəhbərlik edir.

Bizim.Media