Salyanda kişi arvadını döyüb.
Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, 43 yaşlı Şamil Atakişiyev (şərti adla) yaşadıqları evdə arvadı Mənsurəni (şərti adla) şillə zərbəsi ilə vurub.
Qadının şikayəti əsasında Şamil barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Ş. Atakişiyevin sözlərinə görə, hadisə olan günü evə gələrkən birgə yeməkləri üçün balıq alıb. Həyat yoldaşına balığı təmizləyib bişirməyini deyib. Lakin Mənsurə ona kobud reaksiya verdiyi üçün tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı arvadının başına bir şillə zərbəsi vurub. O bildirib ki, həmin vaxt arvadının xəstə və qızdırmalı olduğunu bilsəydi, belə etməzdi.
Hadisədən sonra qadın ata evinə gedib və geri qayıtmayıb. Şamilin sözlərinə görə, hazırda himayəsində 3 övladı və 80 yaşlı xəstə anası var.
Zərərçəkən qadın da hadisəni ərinin dediyi kimi danışıb. Onun sözlərinə görə, uşaqlarına özü baxa bilər. Mənsurə Atakişiyeva əri ilə barışmadığını deyərək, onun həbs edilməsini istəyib.
Məhkəmənin qərarı ilə Ş. Atakişiyev 500 manat məbləğində inzibati qaydada cərimələnib.
Bizim.Media