Qəbələ rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov işdən çıxıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, dünəndən etibarən vəzifəsindən ayrılıb.
Ceyhun Əhmədov saytımıza açıqlamasında bildirib ki, işdən öz xahişi ilə ayrılıb. "Başqa işə keçirəm", - deyə o qeyd edib.
Qeyd edək ki, Ceyhun Əhmədov Qəbələ rayon Mərkəzi Xəstəxanasında 5 il həkim, 12 il rəhbər kimi fəaliyyət göstərib.
Fəridə, Bizim.Media