Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Bizim.Media DİN-ə istinadən xəbər verir ki, rayon ərazisində yerləşən lombardların birindən 7500 manat pul və 14500 manat dəyərində qızıl-zinət əşyaları talanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin lombardda çalışan A.Əsgərov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisindən “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən iki şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
Bizim.Media