Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Bir vaxtlar gənc kişilər üçün ailə qurmaq, övlad sahibi, ev-eşik yiyəsi olmaq ən ümdə məsələ sayılırdı, çünki bütün bunlar olmadan bir kişi natamam görünürdü. Bu gün isə mənzərə dəyişib: sosial şəbəkələrdə, gündəlik söhbətlərdə gəncləri dilləndirəndə uşaq istəməyən kişilərin sayının getdikcə artdığını görürük.

Buna ilk səbəb kimi sosial vəziyyəti göstəririlər ki, amma maddi rifahı yerində olan gənclər yaxasını daha çox ələ verməyənlərdir.

O zaman problem nədədir? Gənc kişilər niyə məsuliyyətdən qaçırlar?

Sosioloqlar deyirlər ki, məsələ çoxlarının düşündüyü kimi maddiyat, alimentdən yayınma, azadlıq istəyi, uşağın gətirəcəyi məsuliyyət deyil, bütövlükdə oğlanların ailə sözünün özündən diksinməsidir.
 

“İllərlə işləyib uşaq böyüdəcəm, bütün həyatımı ona həsr edəcəm. Sonra böyüyüb öz həyatını yaşayacaq. Bəlkə məni bayramdan-bayrama görəcək. Bəlkə də sabah miras üstündə qardaşı ilə düşmən olacaq. Bütün bunlara dəyərmi?” – bunu sosial şəbəkədə ali təhsilli, işi-təminatı yerində olan 29 yaşlı bir gənc istifadəçi yazır.

 

Bu ümumiləşdirilmiş obrazda çox gəncin düşüncələrinin ehtivası var. Bu suallar virus kimi getdikcə daha çox gəncin beynini ələ keçirir.

Aliment qorxusu məsələnin yalnız bir hissəsidir

Boşanma ehtimalı, aliment öhdəliyi və uşağın ta əli çörək tutana qədər maddi məsuliyyəti, şübhəsiz, onları düşündürür. Çünki evliliklərin daimiliyinə, münasibətlərin sabitliyinə inam azalıb. Bu günün gəncləri ənənəvi ailə modelindən qaçırlar. Onlar uşağı həyatın təbii davamı yox, uzunmüddətli məsuliyyət, xərc və şəxsi azadlığın məhdudlaşması kimi görürlər.

Müasir gəncin bu günkü həyatı ata-babalarından fərqlənir. Onların tək dərdi Peyğəmbər vəsiyyəti olan “Oğul böyüt, ev tik, ağac ək” deyil. Bu günün nəsil davamçısı özünün ilkin borcunu unudub seçimlər arasında başını itirib. Karyera, səyahət, şəxsi inkişaf, maddi rahatlıq, hobbilər və fərdi azadlıq onun üçün ailədən vacibdir.

Qərb cəmiyyətlərində geniş yayılan fərdiləşmə və uşaqsız ailə modelləri də bu dəyişikliklərin bir hissəsidir. Amma bütün məsələni “Qərbin təsiri” ilə izah etmək də yetərli deyil. Gec qurulan karyera, nikah yaşının yüksəlməsi və münasibətlərə inamın dəyişməsi hazırda dünyəvi problemdir. Əslinə baxanda gənc kişi uşağa yox, uşaqlı həyatın gətirəcəyi qeyri-müəyyənliyə “yox” deyir.

Bəlkə də problem uşaqlarda yox, gördüyümüz ailə modelindədir...

Uşaqlıqdan valideynlərinin davamlı mübahisəsini görən, boşanmanın ağır nəticələrini yaşayan və ya ailədə sevgidən çox “sənin üçün bu qədər əziyyət çəkmişəm”, “sənə görə dözdüm”, “balalarım olmasaydı baş götürüb gedərdim” və s. bu kimi cümlələri, daha doğrusu minnəti eşidən insan üçün ailə romantik gələcək yox, ağır məsuliyyət və artıq yük kimi görünə bilər. Üstəlik, cəmiyyətdə valideynlik çox vaxt fədakarlıq və borc olaraq alına yazılır. Az eşitməmişik, “Uşaq böyüdürsən ki, sabah sənə baxsın”, “Bu qədər xərc çəkmişəm, oxutmuşam, əvəzini çıxmalısan” kimi minnətlər... Bu cümlələrin ağırlığı övladın qəlbində olan sevgi və mərhəmətin məhvinə yönəlir.

Onsuz da sevgi ilə böyüdülmüş, övlad məsuliyyətini anlayan və genetik olaraq bu coğrafiyanın insanları valideynə yaşlanarkən baxmağı özünə borc bilir, amma bunu bu qədər maddi şəkildə xatırlatmaq onu nəinki öz valideynindən uzaqlaşdırır, gələcəkdə özünün də ata olmasında tərəddüd yaşadır. Artıq ehkam kimi oturuşmuş ailə ağırlığını bundan sonrakı həyatında daşımaq istəmir.  Valideyn-övlad münasibətindən çox qarşılıqlı borc müqaviləsinə çevrilmiş bir mentaliteti inkar edir.

Bu artıq yalnız şəxsi məsələ deyil

Bir insanın uşaq sahibi olmaq istəməməsi onun şəxsi seçimidir. Lakin cəmiyyətin böyük bir hissəsi eyni qərarı verməyə başlayırsa, məsələ artıq sosial və demoqrafik xarakter alır. Azalan doğum səviyyəsi gələcəkdə əmək bazarından tutmuş əsgəri xidmət məsələsinə qədər narahatlıq doğurur, demoqrafik çöküşə aparır. Ona görə də gəncləri sadəcə “eqoist”, ailə dəyərlərindən uzaq” adlandırmaqla problemi həll etmək mümkün deyil. Bəlkə də onlar uşaq istəyirlər, sadəcə qorxduqları gələcəkdə uşaq böyütmək istəmirlər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

Qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

Əziz Ələkbərli: “Pulsuz hüquqi yardım Qərbi azərbaycanlılara da şamil edilsin”

Əziz Ələkbərli: “Pulsuz hüquqi yardım Qərbi azərbaycanlılara da şamil edilsin”

Zelimle Ömər 1/4 finala çıxdı

Zelimle Ömər 1/4 finala çıxdı

Kimya üzrə Nobel mükafatı laureatları MƏLUM OLDU - FOTO

Kimya üzrə Nobel mükafatı laureatları MƏLUM OLDU - FOTO

Evdə pulu olanlara vacib çağırış - MÜSAHİBƏ

Evdə pulu olanlara vacib çağırış - MÜSAHİBƏ

Məktəblilər Parisi “PARTLADIR” – Etirazlar Fransadakı hansı rəzillikləri ÜZƏ ÇIXARDI?

Məktəblilər Parisi “PARTLADIR” – Etirazlar Fransadakı hansı rəzillikləri ÜZƏ ÇIXARDI?

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Ov mövsümü başlayır – BU TARİXDƏN

Ov mövsümü başlayır – BU TARİXDƏN

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Mehriban Rəhimliyə hökm oxundu

Mehriban Rəhimliyə hökm oxundu

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

End of content

No more pages to load

RADİO