Masallı rayonunun Mollaoba kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, rayon sakini Eminağa Həşimov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı həyətin darvazasına çırpılıb.
Qəza nəticəsində sürücü Eminağa Həşimov və avtomobildəki sərnişin Elvin İbrahimov həlak olublar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media