Dövlət qulluqçularına aylıq pensiya əlavəsinin məbləği inzibati təsnifat üzrə, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin üzvlərinə isə konkret vəzifələr üzrə sabit məbləğdə müəyyən ediləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə ” qanun layihəsində əks olunub.
Dövlət qulluqçularının pensiya təminatı mexanizminə təklif olunan dəyişikliklərə görə, bu kateqoriyadan olan şəxslər pensiyaya çıxarkən onların pensiya məbləğləri fərdi şəxsi hesablarında topladıqları pensiya kapitalına deyil, əmək haqqındakı sonrakı artımlara əsaslanır ki, nəticədə toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşır.
Hesablamalar göstərir ki, əmək haqqı artımları kifayət qədər pensiya kapitalı toplamağa imkan verir.
Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə dövlət məvacibi (əmək haqqı) arasındakı əlaqə aradan qaldırılır və fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşır. Sığorta mexanizmi gücləndirilməklə bu şəxslərə fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalına əsasən ümumi əsaslarla pensiya təyin edilərək ödənilməsi davam edəcək. Pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsinin verilməsi təmin ediləcək.
Təklif olunan islahatla dövlət qulluqçularının pensiya təminatında qeyri-bərabərlik aradan qalxacaq. Pensiya və pensiya əlavəsinin proaktiv təyinat imkanı yaranacaq, sözügedən orqanlara müraciət etmədər elektron şəkildə pensiya təyinatı həyata keçiriləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media