Sabah Ağdaş, Şəki və Qəbələ rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş şəhərinin H.Əliyev pr, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələri və rayonun Qarasuqumlaq kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin, oktyabrın 1-də saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin N.Nərimanov, E.Kərimov, 20 Yanvar, H.Əliyev, İ.B.Qutqaşınlı küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Bundan başqa, sabah saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonu Baltalı kəndinin qaz təchizatında müvəqqəti dayandırılacaq.
Bizim.Media