“Yaxın dövrlərdə satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklərin edilməsi nəzərdə tutulub”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında satınalmalarla bağlı müzakirələr zamanı deyib.
O bildirib ki, qaldırılan məsələlərlə müvafiq icra hakimiyyəti tərəfindən müvafiq qaydalar hazırlanacaq:
“Həmin qaydalarda şəfafflıqla bağlı məsələ də öz əksini tapacaq. Təqdim olunan qanun layihəsi ilk növbədə hər bir dövlət müəssisəsinin özünün malik olduğu xüsusi vəsaitlərlə dövlət vəsaitləri arasında sərhədləri müəyyən edir”.
Günay Şahmar, Bizim.Media