Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində ölüb.
Bizim.Media xəbər verir ki, Zaqatalanın Bəhmətli kəndində anadan olan Elnur Əhmədov Rusiya-Ukrayna müharibəsində həyatını itirib.
E. Əhmədovun valideynləri vida mərasimində iştirak etmək üçün Moskva şəhərinə gediblər.
E. Əhmədov uzun müddət Moskvada yaşayıb. O, Rusiya vətəndaşı ilə evli olub, iki övladı var. (Apa.az)
Bizim.Media