Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Hüquqi şəxslərin terrorizmin maliyyələşdirilməsinə görə məsuliyyəti artırılır.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatlarına nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdikdə, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.
 

Təqdim olunan qanun layihəsi terrorizmin maliyyələşdirilməsinə (bundan sonra – TM) qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və FATF-ın müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə hazırlanmışdır.


TM-in digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.

Bu baxımdan TM-ə qarşı mübarizədə əsas məqsəd yalnız qanunsuz gəlirlərin aşkar edilməsi və müsadirəsi deyil, həmçinin terror fəaliyyətində istifadə edilə biləcək maliyyə resurslarının vaxtında müəyyən edilməsi, qarşısının alınması, dondurulması və müsadirə edilməsindən ibarətdir.

Azərbaycan Respublikası 2001-ci ildən 1999-cu il 9 dekabr tarixli "Terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması haqqında" Beynəlxalq Konvensiyanın iştirakçısıdır.
Konvensiyanın 5-ci maddəsinə əsasən, hər bir iştirakçı dövlət onun ərazisində olan yaxud onun qanunlarına əsasən təsis edilmiş hüquqi şəxsi TM cinayəti törədildiyi halda məsuliyyətə cəlb etmək üçün zəruri tədbirlər görməlidir.

Konvensiyanın 8-ci maddəsi isə TM cinayətin törədilməsi məqsədi ilə istifadə olunan və ya ayrılmış hər hansı vəsaitin mümkün müsadirə məqsədləri ilə müəyyənləşdirilməsi, aşkarlanması, təcrid edilməsi və ya onların üzərinə həbs qoyulması üçün öz daxili hüquq prinsiplərinə müvafiq olaraq zəruri tədbirlərin görülməsini tələb edir.

Qanun layisəsi birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

End of content

No more pages to load

RADİO