“İşğaldan azad edilmiş ərazilərdə Tuğ qoruğu ərazisində işlərə başlamışıq və işlər yekunlaşmaq üzrədir”.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəy Dövlət Turizm Agentliyi tərəfindən Palçıq Vulkanları Turizm Kompleksinə təşkil edilən mediaturda jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, əsas istiqamət Şahbulaq qalası və ətrafındakı infrastruktur işləridir:
“Şahbulaq qalasında işlər yekunlaşma mərhələsindədir. Növbəti ildə turistlərin burada istirahətini təmin etməyi planlaşdırırıq".
Fəridə, Bizim.Media