Qubadlı Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etdi – FOTO

27 sentyabr 2026-cı il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhəri, II Fəxri Xiyabanda və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Şəhidlərimizin abidə kompleksinin qarşısında "27 Sentyabr-Anım Günü"nün 6-cı ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidlərinin, həmçinin Vətən müharibəsinin ilk şəhidlərindən olan 2020-ci il sentyabrın 27-də şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlunun anım günü ilə əlaqədar tədbirlər keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, Hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələrinin işçiləri, məktəblərin kollektivləri, məktəblilər, Şəhidlərimizin ailə üzvləri, yaxınları, qazilər, ziyalılar eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Şəhidlərimizin abidə kompleksinin qarşısında torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsini yad ediblər.
 

"27 Sentyabr-Anım Günü"nün 6-cı ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidlərinin, həmçinin Vətən müharibəsinin ilk şəhidlərindən olan 2020-ci il sentyabrın 27-də şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlunun məzarları ziyarət olunub, məzarları üzərinə gül dəstələri qoyulub, dualar oxunub.


 Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlunun adını daşıyan Mahmudlu kənd tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
 
Vətən müharibəsinin ilk şəhidlərindən olan Qubadlı rayon Qayalı kənd sakini Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlu 2020-ci il sentyabrın 27-də “Ohanyan səddi”ni ilk yaran hərbçilərimizdən olub və rəhbərlik etdiyi qrupu ilə birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 300-ə yaxın düşmən əsgərini və zabitini məhv edərək, qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid polkovnik-leytenant Qasımov Faiq Qaçay oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək qeyd edib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr-Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.

Bu addım şəhidlərimizin ruhlarına, şəhidlərimizin doğmalarına ali ehtiramın göstəricisidir. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib.
 

Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatıb. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurub.


Tədbirlərdə çıxış edənlər qeyd ediblər ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu da 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunub. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazıblar. 275 nəfər könüllü olaraq Vətən Müharibəsində iştirak edib. Həmçinin rayonumuzdan olan 100-dən çox Vətən Müharibəsi iştirakçısı Ölkə Başçısının Sərəncamı ilə orden və medallarla təltif olunub.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Saat 12:00-da tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zidan 16 illik Fransa rekorduna imza atdı

Zidan 16 illik Fransa rekorduna imza atdı

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO/VİDEO

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO/VİDEO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Pərviz Heydərov vəfat etdi

Pərviz Heydərov vəfat etdi

İnfantino Hövsana gəldi

İnfantino Hövsana gəldi

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Dənizdə batan üç şəxs axtarılır

Dənizdə batan üç şəxs axtarılır

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

End of content

No more pages to load

RADİO