Tovuzda iki məktəblini avtomobil vurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.
Hərəkətdə olan Range Rover markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2010-cu il təvəllüdlü X.Ələkbərova və onun həmyaşıdı F.Nəsibovanı vurub.
Məktəblilərdən biri Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, digəri isə Bakı şəhərində yerləşən xəstənalardan birinə göndərilib.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu