Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslərin kimliyi müəyyənləşib.
Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, hadisə nəticəsində rayonun Poladlı kənd sakinləri, 1970-ci il təvəllüdlü Tələt Cəfərov və 1966-cı il təvəllüdlü Novruz Cəfərov ölüb.
Qəza zamanı “Hyundai” markalı avtomobildə olan Aşağı Avşar kənd sakini, 2004-cü il təvəllüdlü Həsən Rüstəmov da xəsarət alıb. O, tibbi yardım göstərilməsi üçün Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.


Bizim.Media