Həkimdən Dambrauskasla bağlı qeyri-etik paylaşım – FOTO

“Liv Bona Dea” Hospitalının uroloqu Elbəyi Daşdəmirli ilə Mərkəzi Klinikanın travmatoloqu Yasin Haxverdiyev arasında sosial şəbəkədə baş tutan yazışma böyük qəzəb doğurub.

Bizim.Media “Bakupost.az”a istinadla xəbər verir ki, noyabrın 25-də Bakıda UEFA Çempionlar Liqasının liqa mərhələsində Azərbaycan çempionu “Sabah” İspaniyanın “Barselona” komandası ilə qarşılaşacaq.

Həkim Elbəyi Daşdəmirli “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Bu paylaşıma şərh yazan digər həkim Y.Haxverdiyev isə “Sabah”ın sözügedən oyunda “Barselona”ya məğlub olacağına eyham vuraraq, həmin tarixdə “Barselona”nın baş məşqçisi Hans Flikin Valdasa prostat müayinəsi aparacağını yazıb:

“Abi, noyabrda məşhur alman uroloqu Hans Flik Bakıda bu müəllimə prostat müayinəsi icra edəcəkmiş deyirlər...”.

E.Daşdəmirli isə “Elə həmin oyuna hazırlayıram” cavabını verərək Valdas Dambrauskasın onun pasiyenti olduğunu və tibbi müalicə aldığına dair məlumatı ictimai şəkildə açıqlayıb. Həkimin pasiyentinin tibbi məxfiliyini pozaraq onunla bağlı məlumatı sosial şəbəkədə paylaşması, həm də bunu zarafat və sarkazm formasında etməsi istifadəçilər arasında ciddi narazılığa səbəb olub.

 

Yazışmaya münasibət bildirən jurnalist İlhamə Qasımlı da həkimlərin sosial mediada pasiyentlər üzərindən bu formada ünsiyyət qurmasını sərt tənqid edib. Onun sözlərinə görə, məqsəd zarafat olsa belə, pasiyentin diaqnozu və müayinəsinin ictimai müzakirəyə çıxarılması həkim etikası baxımından ciddi suallar doğurur.


"Ölkənin iki ən prestijli, ən elit və ən lüks xəstəxanasının uroloq və travavmatoloqunun sosial şəbəkədə hər kəsə açıq paylaşımda pasiyenti müzakirə üslubu... Hər ikisi də pasiyent məxfiliyi (hasta mahremiyeti) prinsipinin önəm verildiyi Türkiyə tibb təhsilinin yetirməsidir. Qapalı Vatsap qrupu olsa, bəlkə "iki həmkar arasında olan zarafat" donu geyindirilərdi. Amma hər kəsə açıq platformada ölkənin tanınmış idman mütəxəssisi olan pasiyentin müayinəsini bu şəkildə müzakirə etmək etimad və məxfilik şərtlərinə kölgə salır.

Niyyət nə olursa-olsun, pasiyentin diaqnozu, müayinəsi üzərindən məzəli və ya sarkazmlı ünsiyyət qurmaq həkim etikasının əsas prinsiplərinə ziddir. Bir həkimin peşəkarlığı və məsuliyyəti yalnız onun müayinə və ya cərrahi əməliyyat bacarığı ilə bitmir. Həkimlik, eyni zamanda etik prinsiplərə sadiqlik, pasiyentin ləyaqətinə hörmət və onun şəxsi tibbi məlumatlarının qorunması məsuliyyətidir".

İ.Qasımlı sonda Səhiyyə Nazirliyinin Etik Komissiyasının olub-olmadığını bilmədiyini qeyd edib və belə bir qurum varsa, bu cür paylaşımların hüquqi və etik tələblər baxımdan qiymətləndirilməsinin vacibliyini vurğulayıb:

"Xəstələr müayinədən sonra həkimin sosial media hesablarında müzakirə obyekti və ya "məzələnmə" materialı olacağını düşünməməlidir".







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabadda 10 nəfər qidadan zəhərləndi

Cəlilabadda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

End of content

No more pages to load

RADİO