Deputat gecə saatlarında tikinti aparılmasına etiraz etdi

Milli Məclisin deputatı Naqif Həmzəyev gecə saatlarında tikinti işlərinin aparılmasına etiraz edib.

Bizim.Media xəbər verir ki, Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deyib ki, Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə tikinti-quraşdırma işlərinin nizamsız aparılması bir neçə üst-üstə düşən problemi ortaya çıxarır.

Deputat qeyd edib ki, bir çox tikinti şirkəti, xüsusilə beton tökmə, örtük işləri və ya yükdaşıma kimi əməliyyatları gecə saatlarında (22:00–06:00) və ya bazar və bayram günlərində aparır:

"Çünki gündüz vaxtı bu işlər ya küçə nəqliyyatının hərəkəti ilə üst-üstə düşür, ya da işçi qüvvəsindən “24 saat” rejimində istifadə etmək iqtisadi cəhətdən daha sərfəli olur. Nəticədə sakinlər yuxu və istirahət hüququndan məhrum olurlar. Bakı, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə tikinti işləri, eləcə də xarici quraşdırılan istilik və havalandırma avadanlıqları səbəbindən yaranan səs-küyün konkret saat və desibel həddi ilə tənzimlənməsi yoxdur.

796 nömrəli Fərman səs-küy səviyyəsini qismən tənzimləsə də, konkret saat cədvəli yoxdur və icra mexanizmində boşluqlar var. Hansı orqanın operativ reaksiya verməli olduğu və ölçmə aparmalı olduğu aydın deyil. Sakin şikayət etdikdə, çox vaxt “bizim səlahiyyətimizdə deyil” cavabı ilə rastlaşır. Bələdiyyə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya Nazirliyi və digər qurumlar arasında səlahiyyət bölgüsü aydın deyil. Heç birinin 24 saat işləyən, dərhal sahəyə çıxan mobil ölçmə qrupu yoxdur.

Cərimələr də ya minimal məbləğdədir, ya da nadir hallarda tətbiq olunur. Bu da böyük tikinti şirkətləri üçün “gözlənilən xərc” kimi qəbul edilir və çəkindirici təsir göstərmir. Tikinti materiallarının örtülmədən daşınması, qazıntı sahələrinin sulanmaması, tikinti tullantılarının küçəyə səpələnməsi böyük şəhərlərin artıq yüksək olan hava tozluluğu və çirklənməsi problemini gücləndirir.

Problemi kökündən həll etmək üçün Şəhərsalma və Tikinti Məcəlləsində (əsas baza), İnzibati Xətalar Məcəlləsində, “Ekoloji təhlükəsizlik haqqında” qanunda və yerli özünüidarəetmə, bələdiyyə səlahiyyətləri ilə bağlı qanunvericilikdə də dəyişikliklərə ehtiyac var". (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

End of content

No more pages to load

RADİO