Çıxarış almaq istəyənlərin diqqətinə! — Bu halda mümkün deyil

Köhnə texniki pasportun olması hər zaman daşınmaz əmlaka çıxarış almaq üçün kifayət etmir. Lakin qanunvericilikdə edilən son dəyişikliklərlə müəyyən tarixədək verilmiş bəzi texniki pasportlar hüquqmüəyyənedici sənəd kimi tanınır.

Bəs hansı texniki pasportlar bu imkan yaradır, sənəddə hansı məlumatların olması vacibdir və əmlak sahibinin çıxarış əldə etməsi üçün daha hansı tələblər nəzərə alınır?

Bizim.Media xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov “demokrat.az”a açıqlamasında bu barədə danışıb.

O deyib ki, bu, bir sıra digər məqamlardan asılıdır.

Onun sözlərinə görə, xüsusilə də son zamanlar həm İqtisadiyyat Nazirliyinin, həm də Dövlət Əmlak Xidmətinin rəhbərliyi bəyan edir ki, əmlak amnistiyası olmayacaq:

“Amma heç kəs konkret demir ki, söhbət hansı əmlaklardan gedir, hansı əmlaklara çıxarış veriləcək, hansılara verilməyəcək. Vətəndaşlar üçün də əsas problem məhz budur. Çünki insanlar illərdir müxtəlif sənədlər əsasında əmlak əldə edib, istifadə edirlər, lakin həmin sənədlərin çıxarış almaq üçün kifayət edib-etmədiyi aydın deyil.

Hətta texniki pasportu olsa belə, xatırladıram ki, texniki pasport mülkiyyət hüququ demək deyil. Bu, sadəcə olaraq, hər hansı əmlakın texniki göstəricilərini təsvir edən sənəddir. Yəni texniki pasportun olması avtomatik olaraq həmin əmlak üzərində mülkiyyət hüququnun təsdiq edilməsi anlamına gəlmir.

Bundan başqa, həmin əmlakla bağlı müxtəlif iddialar da ortaya çıxa bilər. Məsələn, deyə bilərlər ki, bu ərazi ümumiyyətlə vətəndaşa məxsus deyil, dövlətindir və ya hansısa müəssisəyə məxsusdur. Son zamanlar yeni bir yanaşma da ortaya çıxıb. Harada nə gəldi deyirlər ki, guya həmin ərazidən dövlət şirkətinin boruları keçir və sair. Yəni sırf bu kimi meyarlara görə vətəndaşın əmlakına hüquqi qiymət verilməsində problem yaranır.

Burada əsas məsələ odur ki, vətəndaş bilməlidir: hansı sənədlə hansı əmlaka çıxarış almaq mümkündür, hansı hallarda isə bu mümkün deyil. Bunun üçün də birmənalı, aydın və hamı üçün eyni qaydaların müəyyənləşdirilməsinə ehtiyac var.

Mən hesab edirəm ki, bu məsələdə aydın və birmənalı qanun və qaydalar qəbul edilməlidir. Vətəndaş illərlə istifadə etdiyi, pul xərclədiyi və müəyyən sənədlərlə əldə etdiyi əmlakın hüquqi statusunun nə olacağını əvvəlcədən bilməlidir.

Əgər həmin əmlaklara çıxarış verilməyəcəksə, bunun konkret meyarları açıq şəkildə izah olunmalıdır. Əks halda vətəndaş hər dəfə yeni bir səbəblə qarşılaşa bilər və bu da əmlak məsələsində hüquqi qeyri-müəyyənliyi daha da artırar”, - deyə Əkrəm Həsənov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

End of content

No more pages to load

RADİO