2026-cı ilin yanvar-avqust ayları ərzində baş verən istehsalat qəzalarında 468 nəfər zərər çəkib.
Bizim.Media-nın sorğsuna cavab olaraq Dövlət Əmək Müfəttişliyindən bildirilib ki, bu dövr ərzində istehsalatla əlaqəli hesab edilmiş 427 bədbəxt hadisə üzrə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiqat aparılıb.
Bu hadisələr nəticəsində ümumilikdə 468 nəfər zərərçəkmiş şəxs qeydə alınıb.
Bədbəxt hadisələrin sahələr üzrə təhlili nəticəsində onların daha çox emal sənayesi sahəsində baş verdiyi müəyyən edilib.
Fəridə, Bizim.Media