ADNSU-nun şöbə müdiri beynəlxalq “Stevie” mükafatı uğrunda finalçı seçilən ilk azərbaycanlı jurnalist olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli beynəlxalq “Stevie® Awards for Women in Business” mükafatının 2026-cı il finalçıları sırasında yer alıb.

Bizim.Media xəbər verir ki, ADNSU-dan verilən məlumata görə, Xülya Sabirli “İlin ən innovativ qadını – dövlət və ya qeyri-kommersiya sektoru” (“Most Innovative Woman of the Year – Government or Non-Profit”) nominasiyası üzrə finalçı seçilib. O, Azərbaycandan bu mükafat üzrə final mərhələsinə yüksələn ilk jurnalist və ali təhsil müəssisəsi nümayəndəsidir.
 

23-cü dəfə keçirilən “Stevie® Awards for Women in Business” qadın rəhbərlərin, sahibkarların, əməkdaşların və onların rəhbərlik etdikləri təşkilatların nailiyyətlərini beynəlxalq səviyyədə qiymətləndirir. 2026-cı ildə müsabiqəyə 56 ölkə və ərazidən 1 500-dən çox nominasiya təqdim olunub.


Finalçılar dünyanın müxtəlif ölkələrindən olan 200-dən çox peşəkarın yeddi münsif heyətində apardığı qiymətləndirmənin orta nəticələri əsasında müəyyən edilib.

Xülya Sabirlinin müsabiqəyə təqdim olunan nominasiyası onun 2025-ci ildən etibarən ADNSU-da həyata keçirdiyi kommunikasiya və brend transformasiyasını əhatə edir. Nominasiyada universitetin vahid vizual identikliyinin və kommunikasiya üslubunun formalaşdırılması, rəqəmsal və ənənəvi kommunikasiya kanallarının sistemləşdirilməsi, eləcə də müxtəlif auditoriyalar üçün yeni media məhsullarının yaradılması əsas nailiyyətlər sırasında təqdim edilib.

Ali təhsildə ictimaiyyətlə əlaqələr sahəsində tətbiq edilən yeni yanaşmaların əsas məqsədi universitet kommunikasiyasını yalnız rəsmi məlumatların yayımlandığı ənənəvi modeldən çıxararaq tələbələr, məzunlar, media, beynəlxalq tərəfdaşlar və digər auditoriyalar üçün daha açıq, tanınan və sistemli kommunikasiya ekosisteminə çevirmək olub. Nominasiyada bu yanaşmanın ayrıca media formatları, vahid redaksiya standartları və auditoriyaya uyğun rəqəmsal kommunikasiya vasitələri ilə davamlı modelə çevrildiyi vurğulanıb.
 

Xülya Sabirli 15 ildən artıq peşəkar təcrübəyə malikdir. Onun fəaliyyəti ali təhsil, sosial sahə, bank sektoru, televiziya jurnalistikası, ictimaiyyətlə əlaqələr və tədris sahələrini əhatə edir. O, daha əvvəl ADNSU-nun nəzdində Fransız-Azərbaycan Universitetində (UFAZ) PR meneceri, Kapital Bank-da PR eksperti, televiziya aparıcısı və reportyor kimi çalışıb. ADA Universiteti, UFAZ, UNEC və digər ali təhsil müəssisələrində ictimai çıxış, akademik və biznes kommunikasiyası istiqamətlərində dərs deyib. Xülya Sabirli eyni zamanda dörd bədii kitabın müəllifidir.


Qeyd edək ki, finalçıların “Qızıl Stevie”, “Gümüş Stevie” və “Bürünc Stevie” üzrə yekun nəticələri bu il noyabrın 16-da Nyu-Yorkda keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

“Stevie Awards”un Xülya Sabirliyə göndərdiyi rəsmi bildirişdə finalçıların yekunda qızıl, gümüş və ya bürünc “Stevie” mükafatlarından birinə layiq görüləcəyi bildirilib.

Mərasimdə dünyanın müxtəlif ölkələrindən 400-dən çox qadın lider və qonağın iştirakı gözlənilir. Mükafatların təqdimatı beynəlxalq auditoriya üçün canlı yayımlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

End of content

No more pages to load

RADİO