Goranboyda əkin sahəsində gənc oğlanın meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bəşirli kəndində baş verib.
2004-cü il təvəllüdlü Əkbər Abbasovun kəndin yaxınlığındakı əkin sahəsində çansız bədəni aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu