Psixoloq Laura Gelstab mübahisələrdən sonra qarşı tərəfi haqsız çıxaran və ya özünü doğrultmağa vadar edən ifadələri açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Glamour" nəşri yazıb.
Mütəxəssisin sözlərinə görə, "Sən şişirdirsən" və ya "Mən sadəcə zarafat edirdim, nədən inciyirsən?" kimi ifadələr qarşı tərəfin duyğularını kiçildir və dialoqu qapadır.
Eyni zamanda, öz günahını başqasının üzərinə yıxan ("Mən belə etdim, çünki sən məni məcbur etdin") və ya saxta özünütənqidə əsaslanan ("Yaxşı, onda hər şeydə mən günahkaram") frazalar əslində sağlam ünsiyyətə mane olan müdafiə mexanizmləridir.
Psixoloq qeyd edir ki, səhfi etiraf etməkdən qorxmaq çox vaxt uşaqlıq travmaları ilə bağlı olur.
Bizim.Media