Uşaqlar payızda niyə tez-tez xəstələnir? – Valideynlərin etdiyi təhlükəli SƏHVLƏR

Məktəblərin açılması, havaların soyuması və qapalı məkanlarda daha çox vaxt keçirilməsi payız aylarında uşaqlar arasında virus infeksiyalarının yayılmasını sürətləndirə bilər. Bu dövrdə burun-boğaz xəstəliklərinin artması ilə yanaşı, valideynlərin uşaqları özbaşına müalicə etməsi də diqqətçəkən məsələlərdəndir. Xüsusilə antibiotiklərin və burun açıcı spreylərin həkim məsləhəti olmadan istifadəsi uşağın sağlamlığı üçün əlavə problemlər yarada bilər.

Bəs payızda uşaqları hansı xəstəliklər gözləyir və valideynlər hansı hallarda mütləq həkimə müraciət etməlidirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Lökbatan Tibb Mərkəzinin otorinolorinqoloqu Aytac Xəlilli bildirib ki, payız aylarında burun-boğaz xəstəliklərinin artması hava şəraitinin dəyişməsi, virusların aktivləşməsi və immun sisteminin zəifləməsi ilə birbaşa bağlıdır.
 

Həkimin sözlərinə görə, əsas səbəblərdən biri soyuq və quru havadır. Havaların soyuması və rütubətin düşməsi burun daxilindəki selikli qişanı qurudur, nəticədə onun virus və bakteriyalara qarşı baryer funksiyası zəifləyir. Gün ərzində temperaturun kəskin dəyişməsi, məsələn, səhərin soyuq, günortanın isə isti keçməsi də bədənin adaptasiya mexanizmini çətinləşdirir.


"Virusların aktivləşməsi də səbəblərdən digəridir. Rinit, faringit və qripə səbəb olan viruslar, məsələn, rinoviruslar soyuq və az rütubətli havada daha asan çoxalır və yayılır. Məktəb və iş mövsümü də təsirsiz ötüşmür. Payızda insanların qapalı və az havalandırılan məkanlarda – sinif otaqları, ofislər, ictimai nəqliyyat – keçirdiyi vaxt artır. Bu da infeksiyanın insandan insana ötürülməsini sürətləndirir".

Adi soyuqdəymə, yoxsa daha ciddi infeksiya?

Aytac Xəlilli qeyd edib ki, adi soyuqdəymə ilə qrip və ya fəsadlaşmış infeksiyalar arasında həm simptomların şiddəti, həm də orqanizmə təsiri baxımından fərqlər var. Onun sözlərinə görə, adi soyuqdəymə adətən yüngül və tədricən başlayır, daha ciddi infeksiyalar, məsələn, qrip isə qəfil və ağır simptomlarla özünü göstərir.

Həkim bildirib ki, hərarətin 3-4 gündən çox 38.5°C-dən yuxarı qalması, nəfəs darlığı, tənəffüsdə çətinlik və ya sinədə kəskin ağrı, udqunarkən dözülməz boğaz ağrısı, eləcə də vəziyyətin yaxşılaşmaq əvəzinə günbəgün pisləşməsi hallarında mütləq həkimə müraciət etmək lazımdır.

Uşaqlar niyə tez-tez xəstələnir?

LOR həkim deyib ki, uşaqların tez-tez xəstələnməsi hər zaman ciddi problem demək deyil. Xüsusilə kiçik yaşlarda immun sistemi tam formalaşmadığı üçün uşaqlar infeksiyalara daha həssas olurlar və bağça ilə məktəbə başlayan dövrdə virus infeksiyalarına daha tez-tez rast gəlinə bilər.

Həkimin sözlərinə görə, bəzi hallarda allergiyalar da tez-tez xəstələnmə təsəvvürü yaradır. Toz, qida, heyvan tükü və digər allergenlər burun axması, öskürək, nəfəsalma çətinliyi və boğaz qıcıqlanmasına səbəb ola bilər. Bundan başqa, qidalanma pozuntusu, yuxu çatışmazlığı, stress, məktəb mühiti və siqaret tüstüsünə məruz qalmaq da uşaqların daha tez-tez xəstələnməsinə təsir göstərir.

"Ən vacibi odur ki, valideynlər səbəbi düzgün anlasın və vaxtında doğru addım atsınlar".

Uşaqlarda ağızla nəfəs alma nədən yaranır?

Həkim uşaqlarda xroniki burun tutulması və bunun nəticəsində ağızla nəfəs alma probleminə də diqqət çəkib. O bildirib ki, uşaqlar burun yolları tamamilə və ya qismən qapandıqda ağızdan nəfəs almağa məcbur olurlar.

 

Ağızla nəfəsalmanın ən çox rast gəlinən səbəblərindən biri adenoid, yəni burun əti böyüməsidir. Burun arxasında yerləşən bu toxuma böyüdükdə hava keçidini bağlaya bilər. Allergik rinit zamanı toz, ev heyvanları və polen kimi faktorlar burun daxilində şişkinlik və xroniki tutulma yaradır. Tez-tez təkrarlanan soyuqdəymə, qrip və sinusit də burun selikli qişasının iltihabına səbəb olur. Burun çəpəri əyriliyi və ya burun balıqqulaqlarının böyüməsi də digər səbəblər sırasındadır.


LOR həkim əlavə edib ki, virus infeksiyası ilə allergiyanı fərqləndirmək üçün əsas əlamətlərdən biri qaşınmadır. Göz, burun və boğazda şiddətli qaşınma allergiyaya işarə edə bilər. Allergiya qızdırma yaratmır, virus infeksiyasının əlamətləri isə bir neçə gün ərzində inkişaf edir. Allergiya zamanı isə simptomlar allergenlə, məsələn, pişik tükü və ya tozla təmasdan dərhal sonra başlaya bilər.

Valideynlərin ən çox etdiyi səhvlər

Otorinolarinqoloqun sözlərinə görə, uşaqlar xəstələnən zaman valideynlərin etdiyi səhvlər əsasən təşvişdən, nənə-baba məsləhətlərindən və yanlış tibbi yanaşmalardan qaynaqlanır. Bu isə uşağın sağalmasını gecikdirə və vəziyyəti ağırlaşdıra bilər.

"Övladınızın sağlamlığını qorumaq üçün hər hansı bir simptom zamanı özbaşına müalicədən qaçınmaq və həkimlə məsləhətləşmək ən doğru addımdır".
 

Həkim xüsusilə antibiotiklərin özbaşına verilməsinə diqqət çəkib. Onun sözlərinə görə, uşaqlarda rast gəlinən infeksiyaların təxminən 80-90%-i virus mənşəlidir və antibiotiklər viruslara təsir etmir, yalnız bakterial infeksiyaların müalicəsində istifadə olunur. Lazımsız antibiotik istifadəsi bağırsaq mikroflorasını poza, gələcəkdə isə bakteriyaların həmin dərmana qarşı davamlılığına, yəni antibiotik rezistentliyinə səbəb ola bilər.


Burun açıcı spreylərin (dekonjestanların) uzun müddət və ya yanlış istifadəsi də risklidir. Həkim bildirib ki, 3-5 gündən çox istifadə edildikdə burun damarlarının təbii daralma qabiliyyəti zəifləyə, spreydən istifadə dayandırıldıqda isə burun daha şiddətli tıxana bilər. Nəticədə rebound effekt yaranır, burun toxumalarında şişkinlik artır, selikli qişanın quruması, qıcıqlanma və qanaxma baş verə bilər.

Hansı hallarda LOR həkimə müraciət etmək lazımdır?

Uşağın davamlı olaraq ağızla nəfəs alması və burnunun tez-tez tıxanması xroniki burun tutulmasına işarə edə bilər. Gecələr güclü xoruldama və ya yuxuda nəfəsin bir neçə saniyəlik kəsilməsi isə adenoid, yəni "burun əti" ilə bağlı problem ehtimalını artırır.

10-14 gündən çox davam edən və yaşıl-sarı rəngli burun axıntıları sinusit əlaməti ola bilər. İldə 3-4 dəfədən çox badamcıqların iltihablanması və yüksək qızdırma ilə müşayiət olunan angina, boğaz ağrısı səbəbindən uşağın yeməkdən və ya maye qəbulundan imtina etməsi də həkimə müraciət üçün əsasdır.

Bundan başqa, uşağın qulağını tutub ağlaması, körpənin davamlı olaraq əlini qulağına aparması və ya qulağını sürtməsi qulaq ağrısına, səslərə reaksiya verməməsi, televizora çox yaxından baxması və səsinin daha uca olmasını istəməsi isə eşitmə zəifliyinə işarə edə bilər. Qulaq seyvanından irinli və ya şəffaf mayenin gəlməsi zamanı da LOR həkimə müraciət etmək lazımdır.

QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı - bəndinə uyğun olaraq hazırlanıb.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

End of content

No more pages to load

RADİO