Məktəblərdə nəzarət boşluğu – Şagird özbaşınalıqlarına görə direktorlar CƏZALANDIRILACAQ?

Yeni tədris ilinin ilk günündəcə Bakı məktəblərinin birində çəkilən görüntülər Bilik Gününün sevincinə, məsumiyyətinə kölgə saldı. Görüntülərdə məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi əks olunur.
 

Üstəlik məktəbli qızın əynində daşıdığı uniformaya və yaşına yaraşmayan şəkildə düzəltdirdiyi uzun, rəngli dırnaqları məsələnin sorğu-sualını daha da dərinləşdirir. Əvvəla bəs-bəlli görünən bu dırnağı düzəltdirməyə valideyn necə icazə verib, sinfə girərkən müəllim niyə danlamayıb, ən əsası məktəb rəhbərliyi buna niyə göz yumur?


Xüsusi diqqətçəkən məqam isə odur ki, məktəblərdə smartfon qadağası gündəmdə olduğu bir vaxtda şagirdlərin özlərini belə rahatlıqla çəkib paylaşması sadəcə olaraq yeniyetmə cəsarətindən irəli gəlmir. Bu, məktəbdə ciddi təlim-tərbiyə boşluğunun olduğunu göstərir! Üstəlik elə ilk dərs günündə...

Elektron siqaretin istifadəsi qadağandır, məktəbdə smartfondan istifadəyə də məhdudiyyət qoyulub. Bəs onda  bu vasitələr uşaqların əllərinə necə keçir?

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi “Ümumtəhsil müəssisələrində şagird davranış qaydaları”nda şagirdlərin ağıllı saat və telefonları, eləcə də digər elektron cihazları məktəbə gətirməməsi və dərs zamanı istifadə etməməsi nəzərdə tutulur. Amma bu qaydalar hazırda bütün məktəblər üçün eyni şəkildə birdən-birə tətbiq edilən ümumi qadağa kimi yox, seçilmiş 300-dən çox məktəbdə pilot qaydalar çərçivəsində tətbiq olunmağa başlanıb.

Məlumat üçün bildirək ki, Böyük Britaniya, Fransa, İtaliya, Niderland, Çin, İran, Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistanda artıq məktəbdə smartfon qadağandır. Builki tədris ilindən Türkiyə də sıraya qoşuldu.

Uşaqları yoxlamaq asandır, bəs direktorları kim yoxlayacaq?

Sosial şəbəkədə yayılan məlum görüntülər təhlükəli hal olmaqla yanaşı, təhsil müəssisəsində nəzarət məsələsinin sərtləşdirilməsini də gündəmə gətirib. Artıq sərt təkliflər irəli sürülür ki, şagirdlərin üzərində və çantalarında yoxlama aparılmalıdır.

Bu hər nə qədər şəxsi həyata müdaxilə sayılsa da vəziyyətin nəzarətdən çıxmasının qarşısının alınmasında ən uyğun metod kimi təklif edilir. Çünki göründüyü kimi qadağa yalnız kağız üzərindədir. Dərs ilinin ilk günündən belə hallar baş verirsə, deməli, məktəblərdə nəzarət və profilaktika məsələsinə daha ciddi yanaşmaq lazımdır.
 

Qeyd edək ki, artıq rəsmi qurumlar da məsələyə münasibət bildirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Daxili İşlər Nazirliyi həmin şagirdlərlə məktəb rəhbərliyi, sinif rəhbəri və psixoloqun iştirakı ilə görüş keçirilib.


Şagirdlərin valideynləri də məktəbə dəvət edilib, onlara məktəblə əməkdaşlıq çərçivəsində övladlarının davranışına diqqətin artırılması yönündə müvafiq tövsiyələr verilib. Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi gücləndirilib.

Nəzarətsiz məktəb mühitindən sui-istifadə edənlər artır

Amma görünür maarifləndirmə işləri təkcə bir məktəbdə deyil, kütləvi olaraq aparılmalı, nəzarət edilməli, təhsil idarəsi, məktəb rəhbərliyi ciddi tədbirlər görməlidir. Çünki dərs ilinin artıq ikincü günüdür, lakin ikinci qanqaraldıcı görüntülər də sosial şəbəkələri bəzəməyə başladı. Məktəbli qız bol makiyajını edə-edə dərs prosesini tənqid edir, elə boyalı halda da məktəbə gedir və sinif otağından paylaşım edir.
 

Məsələ burasındadır ki, uşaqların özbaşına hərəkətlərində məsuliyyəti ilk növbədə valideynin üzərinə atmaqla, uşaqlarla danışmaqla olmaz. Məktəbdə qaydaların icrasına və təhlükəsizliyə görə məktəb rəhbərliyi konkret məsuliyyət daşıyır.


Qadağan olunmuş əşyaların məktəbə gətirilməsinin qarşısını almaq üçün effektiv nəzarət mexanizmi qurulmayıbsa, bunun səbəbi araşdırılmalıdır. Qaydaları müəyyən etmək kifayət deyil, məktəb rəhbərliyi həmin qaydaların icrasına görə də məsuliyyət daşımalıdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

End of content

No more pages to load

RADİO