33 illik araşdırmanın nəticələri açıqlandı — Ən sağlam yağ odur

Mətbəxdə hansı yağdan istifadə etməyin daha sağlam olduğu ilə bağlı müzakirələr illərdir davam edir. Kərə yağı, günəbaxan yağı və zeytun yağı arasında seçim edənlər üçün Harvard alimlərinin apardığı genişmiqyaslı araşdırmanın nəticələri diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Harvard T.H. Chan İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları üç böyük kohort üzrə 221 mindən çox yetkin insanı 33 ilə qədər izləyiblər. 

Araşdırmada gündəlik 10 qram, yəni təxminən bir çay qaşığı kərə yağının bitki mənşəli maye yağlarla əvəz edilməsinin nəticələri araşdırılıb.

Məlum olub ki, kərə yağını bitki mənşəli maye yağla əvəz edən şəxslərdə ümumi ölüm riski 17 faiz, xərçəngdən ölüm riski isə 17 faiz daha aşağı olub. Tədqiqatda xüsusilə zeytun, kanola və soya yağları ön plana çıxıb.

Araşdırmaçılar bu fərqin əsas səbəblərindən birinin kərə yağında doymuş yağların yüksək olması ilə əlaqəli olduğunu bildiriblər. Doymuş yağların yüksək istehlakı LDL xolesterinin artması ilə əlaqələndirilir.

Digər tərəfdən, yağın yalnız tüstülənmə nöqtəsinə əsasən qiymətləndirilməsinin doğru olmadığı da müəyyənləşdirilib. Yağların 180 dərəcə temperaturda 6 saat qızdırıldığı başqa bir araşdırmada ən çox polar birləşmələrin günəbaxan yağında yarandığı qeyd olunub. Bu göstərici günəbaxan yağında 21,75 faiz, üzüm çəyirdəyi yağında 20,24 faiz, kanola yağında 17,32 faiz, düyü kəpəyi yağında 15,66 faiz, sızma zeytun yağında isə təxminən 10,5 faiz olub.

Maraqlıdır ki, günəbaxan yağının tüstülənmə nöqtəsi zeytun yağından daha yüksək olsa da, uzunmüddətli qızdırma zamanı daha çox polar birləşmə əmələ gətirib. Zeytun yağının tərkibindəki polifenolların isə oksidləşməyə qarşı qoruyucu rol oynadığı bildirilir.

Tədqiqatların nəticələrinə əsasən, gündəlik qidalanmada sızma zeytun yağı daha əlverişli seçimlərdən biri hesab olunur. Xüsusilə salat, meze və soyuq souslarda istifadə edildikdə onun tərkibindəki faydalı birləşmələr daha yaxşı qorunur.

Bununla yanaşı, qızartma zamanı istifadə olunan yağın təkrar istifadəsindən çəkinmək tövsiyə edilir.

Yağın hər dəfə yenidən qızdırılması nəticəsində arzuolunmaz birləşmələrin miqdarı arta bilər.

Beləliklə, Harvard araşdırmasının nəticələri kərə yağının tamamilə qadağan edilməsini deyil, onun gündəlik qidalanmada bitki mənşəli maye yağlarla, xüsusilə zeytun yağı ilə əvəzlənməsinin sağlamlıq baxımından daha əlverişli ola biləcəyini göstərir. (Demokrat.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

End of content

No more pages to load

RADİO