Yerə kibrit çöpü düşsə, cücərər... – Azərbaycanda torpağı ən münbit olan rayonlar – SİYAHI

Azərbaycan torpağı həmişə öz keyfiyyəti, bərəkəti ilə tanınıb. İstər sovet dövründə, istərsə də günümüzdə ayrı-ayrı bölgələrimizdə yetişdirilən meyvə-tərəvəz, pambıq və digər kənd təsərrüfatı məhsulları təkcə daxili bazarın tələbatını ödəməyib, regionda da öz adı, dadı və keyfiyyəti ilə seçilib.

Bu torpaqlar haqqında nənələrimizdən-babalarımızdan eşitdiyimiz bir deyim var: elə münbit torpaqdır ki, yerə kibrit çöpü düşsə, az qala cücərər. Əslində bu ifadə sadəcə xalq deyimi deyil, Azərbaycanın qaratorpaq, dağətəyi və subtropik torpaqları ilə fərqli və zəngin təbiətini göstərir.

Amma münbit torpağın özü hələ yüksək məhsuldarlıq demək deyil. Torpağın xüsusiyyətinə uyğun məhsul seçilməlidir. Meyvə-tərəvəz üçün əlverişli olan ərazidə sırf ənənə xatirinə pambıq əkmək, yaxud taxılçılıq üçün daha münasib sahəni başqa bitki ilə yükləmək bütövlükdə aqrar təsərrüfata, həmçinin  iqtisadiyyata zərər vura bilər.

Bəs Azərbaycanın ən münbit torpaqları haradadır? Hansı rayonlarda torpağın keyfiyyəti daha yüksəkdir?

Rəsmi kadastr göstəricilərində Mil-Qarabağ zonas I keyfiyyət qrupu üçün 127 şərti balla qiymətləndirilib. Bu, çox yüksək göstəricidir. Kür-Araz ovalığı daxilində xüsusilə Mil-Qarabağ, Muğan-Salyan və Şirvan düzləri mühüm kənd təsərrüfatı zonalarıdır.

Konkret olaraq rayonlara gəlincə isə torpaqşünas Elmar Səfiyevin Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, Bərdə, Ağcabədi, Beyləqan, Tərtər, Ağdam rayonlarını, həmçinin Cəlilabad,  Masallı, Biləsuvarı misal göstərmək olar.

Bundan başqa, Yardımlı, Sabirabad, Salyan, Şamaxı və İsmayıllının bəzi əraziləri də humusla zəngindir:

“Münbit, əkinçilik üçün yararlı torpaq tərkibindəki humusa görə ölçülür. Humus, yəni torpağın tərkibində bitki və heyvan qalıqlarının çürüməsindən əmələ gələn üzvi qatdır. Torpağı münbitləşdirən əsas amildir. Mil-Qarabağ, Muğan zonasında humusun miqdarı 10%-dən artıqdır. Tünd-qəvəyi rəngdə olur, xalq arasında qaratorpaq deyilir. Bu tip torpaqlar əkinçilik üçün əlverişlidir, əksər kənd təsərrüfatı məhsullarını yetişdirmək mümkündür”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

End of content

No more pages to load

RADİO