“Orfoqrafiya lüğəti ilə bağlı müzakirələr gedir, müzakirələrə yenidən başlamışıq”.
Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.
Onun sözlərinə görə, müzakirələr hələ ki uzanır:
"Hər gün müzakiələr aparılır. Yəqin ki, daha iki aya qədər uzanacaq".
O qeyd edib ki, orfoepiya lüğətləri artıq Nazirlər Kabinetinə təhvil verilib və Nazirlər Kabinetinin cavabı gözlənilir.
Fəridə, Bizim.Media