Məzunlar 50 ildən sonra Xankəndidə bir araya gəldilər - FOTO

1972–1976-cı illərdə Xankəndi Pedaqoji İnstitutunda təhsil almış məzunlar 50 illik yubileyləri münasibətilə Xankəndi şəhərində bir araya gəliblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yarım əsr sonra Xankəndidə görüşən məzunların baş çəkdikləri ilk ünvan bir zamanlar tələbə olaraq təhsil aldıqları keçmiş Xankəndi, indiki Qarabağ Universiteti olub.

Məzunlar universitetdə yaradılan müasir təhsil infrastrukturu ilə tanış olub, auditoriyaları və müasir avadanlıqlarla təchiz edilmiş tədris korpuslarını gəziblər. Onlara ali məktəbdə yaradılan təhsil imkanları və burada həyata keçirilən layihələr barədə məlumat verilib. Bu səfər 50 il əvvəl Xankəndidə tələbə həyatı yaşayan məzunlar üçün həm nostalji, həm də qürur hissi yaşadıb.
 
Məzunlar səfər çərçivəsində Xankəndidə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə də tanış olublar. Onlara şəhərin müasir infrastrukturu, yenilənən küçə və məhəllələri, yeni tikilən sosial obyektlər barədə məlumat verilib.

Məzunlar illər sonra doğma şəhərdə yenidən bir araya gəlməyin, Xankəndinin inkişafını və dəyişən simasını öz gözləri ilə görməyin böyük xoşbəxtlik olduğunu bildiriblər. Səfərin növbəti ünvanı isə Zəfər Parkı olub. Burada onlar Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin əbədiləşdirildiyi məkanla tanış olublar.

50 il sonra Xankəndidə keçirilən bu görüş məzunlar üçün yalnız yubiley tədbiri deyil, həm də doğma Qarabağa dönüşün, tarixi yaddaşın və keçmişlə bu günün qovuşmasının rəmzinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb

Şübhəli zəng və mesajlara etibar etməyin - Ali Məhkəmə

“ƏDV geri al” üzrə vətəndaşlara 140 milyon manata yaxın vəsait qaytarıldı

Rezidenturada boş qalan yerlərə ixtisas seçimi başlayıb

Dövlət Xidmətinin zabiti HƏBS EDİLDİ

Dövlət Xidmətinin zabiti HƏBS EDİLDİ

Atalıq məzuniyyətinə çıxanların SAYI AÇIQLANDI

Mənzil alışına görə 23 milyon manatdan çox ƏDV geri qaytarıldı

Peşə təhsilinə qəbulun III mərhələsi keçiriləcək – RƏSMİ

Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə

Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə

Məzunlar 50 ildən sonra Xankəndidə bir araya gəldilər - FOTO

Məzunlar 50 ildən sonra Xankəndidə bir araya gəldilər - FOTO

Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ - FOTO

"Qarabağ" Mateuş Koxalskinin gedişini AÇIQLADI

Media və Yayım Şurasına üzvlər təyin edildi – ADLAR

Sumqayıtda avtomobil işıq dirəyini aşırdı - FOTO

İnarə Mirhəsənova Anar Bayramovun müşaviri TƏYİN EDİLDİ

Türkiyədə dəbdəbəli toy edən "Vanlı Kara Haydar" saxlanıldı: Məclisdə taxılan qızıllar araşdırılır - FOTO - VİDEO

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərildi

Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI - FOTO

Əhməd İsmayılov Media və Yayım Şurasına sədr təyin edildi – SƏRƏNCAM

"Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı

Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı - VİDEO

Toyda aparıcı ilə tanış olmaq istəyən ofisiant SAXLANILDI

Çempionlar Liqası: "Sabah" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

Qarabağdan Buxaraya uzanan elm yolu – Yusif Qarabağinin izi ilə - FOTO

End of content

No more pages to load

RADİO