Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI - FOTO

2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur.

Bizim.Media xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabındakı paylaşımda qeyd edib.

DİM sədri bildirib ki, hazırda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşır.

Proqramlar yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

"Cari tədris ilində ümumtəhsil müəssisələrində istifadə olunan 5–11-ci sinif dərslikləri təhlil edilib. 9 və 11-ci siniflərdə təhsil alan şagirdlərin əvvəlki illərdə istifadə etdikləri dərsliklərlə hazırda müvafiq siniflərdə istifadə olunan dərsliklər müqayisə olunub. Fənn kurikulumlarının təlim nəticələri və məzmun standartlarının tələblərinə uyğun mövzular müəyyənləşdirilərək proqramlar formalaşdırılıb".

Məleykə Abbaszadə yeni dərsliklərlə bağlı bir məqamı xüsusilə izah edib.

O bildirib ki, cari tədris ilində Azərbaycan dili fənnindən 7-ci , kimya, biologiya və fizika fənlərindən 7, 8 və 9-cu, coğrafiyadan 6, 7 və 8-ci, tarixdən isə 6 və 7-ci siniflər üçün yeni dərsliklər istifadə olunacaq:

"Bu dərsliklər əvvəlki nəşrlərdən həm məzmun, həm də terminologiya baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Yeni nəşrlərə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik kimi aktual mövzular daxil edilib. Eyni zamanda, şagirdlərin yalnız nəzəri biliklərinin deyil, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına daha çox diqqət yetirilib".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şübhəli zəng və mesajlara etibar etməyin - Ali Məhkəmə

“ƏDV geri al” üzrə vətəndaşlara 140 milyon manata yaxın vəsait qaytarıldı

Rezidenturada boş qalan yerlərə ixtisas seçimi başlayıb

Dövlət Xidmətinin zabiti HƏBS EDİLDİ

Dövlət Xidmətinin zabiti HƏBS EDİLDİ

Atalıq məzuniyyətinə çıxanların SAYI AÇIQLANDI

Mənzil alışına görə 23 milyon manatdan çox ƏDV geri qaytarıldı

Peşə təhsilinə qəbulun III mərhələsi keçiriləcək – RƏSMİ

Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə

Məzunlar 50 ildən sonra Xankəndidə bir araya gəldilər - FOTO

Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ - FOTO

"Qarabağ" Mateuş Koxalskinin gedişini AÇIQLADI

Media və Yayım Şurasına üzvlər təyin edildi – ADLAR

Sumqayıtda avtomobil işıq dirəyini aşırdı - FOTO

İnarə Mirhəsənova Anar Bayramovun müşaviri TƏYİN EDİLDİ

Türkiyədə dəbdəbəli toy edən "Vanlı Kara Haydar" saxlanıldı: Məclisdə taxılan qızıllar araşdırılır - FOTO - VİDEO

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərildi

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərildi

Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI - FOTO

Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI - FOTO

Əhməd İsmayılov Media və Yayım Şurasına sədr təyin edildi – SƏRƏNCAM

"Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı

Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı - VİDEO

Toyda aparıcı ilə tanış olmaq istəyən ofisiant SAXLANILDI

Çempionlar Liqası: "Sabah" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

Qarabağdan Buxaraya uzanan elm yolu – Yusif Qarabağinin izi ilə - FOTO

Peskov: “Rusiyanın qələbəsi çox yaxındır”

End of content

No more pages to load

RADİO