Azərbaycanda uşağın əli ət maşınında qaldı- 8 saatlıq əməliyyatla bərpa olundu – FOTO

Azərbaycanda azyaşlı uşağın əli ət maşınında qalıb, 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, sol yuxarı ətrafının ət maşınında sıxılması nəticəsində yaranmış ağır travmatik amputasiya ilə 3 yaşlı oğlan uşağı hadisədən təxminən 7 saat sonra Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına gətirilib.

Travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub.

Xəstənin klinik vəziyyəti qiymətləndirildikdən sonra təcili şəkildə əməliyyata hazırlanıb və yüksək ixtisaslı mikrocərrahi komanda - Dilqəm Məmmədov, Bəxtiyar Qasımov, Abidin Həsənli, anestezoloqlar Mail Sədiyev və Dayaq Əhmədli tərəfindən kompleks rekonstruktiv əməliyyat həyata keçirilib.

Əməliyyatın ilkin mərhələsində bilək və əl daraqlarının sümük strukturlarının anatomik vəziyyətdə reduksiyası və daxili fiksasiyası təmin olunub. Daha sonra əlin bütün fleksor tendon sistemi, radial və ulnar arteriyalar, median və ulnar sinirlər, ekstensor tendon sistemi, eləcə də müvafiq digital arteriya və sinir strukturları mikrocərrahi üsullarla bərpa edilib.

Təxminən 8 saat davam edən əməliyyat zamanı bütün rekonstruktiv mərhələlər uğurla tamamlanıb.

Əməliyyatdan sonra xəstə 24 saat ərzində reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb. Hemodinamik və lokal vəziyyətinin stabil olması nəzərə alınaraq postoperativ dövrün 2-ci günündə palataya köçürülüb.

Bildirilib ki, hazırda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. Rekonstruksiya olunmuş sol yuxarı ətrafın klinik vəziyyətində müsbət dinamika müşahidə olunur. Ətrafın sağ qalması baxımından kritik postoperativ mərhələ uğurla keçilib.

Uşaq uzunmüddətli funksional bərpanın əsas komponentlərindən biri olan mərhələli reabilitasiya proqramına cəlb edilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın İrana qarşı hərbi əməliyyatı 2027-ci ilə qədər uzanacaq?

ABŞ-ın İrana qarşı hərbi əməliyyatı 2027-ci ilə qədər uzanacaq?

Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı

Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı

ATƏT Parlament Assambleyasının prezidenti İlham Əliyevin QƏBULUNDA – FOTO

ATƏT Parlament Assambleyasının prezidenti İlham Əliyevin QƏBULUNDA – FOTO

“Sabah”ın idman direktoru: Püşk çətin düşsə də, sonadək mübarizə aparacağıq

“Sabah”ın idman direktoru: Püşk çətin düşsə də, sonadək mübarizə aparacağıq

Prezidentdən San Marinonun Regent Kapitanlarına MƏKTUB

Prezidentdən San Marinonun Regent Kapitanlarına MƏKTUB

Bakıda marketin qarşısında dayanan şəxsi avtomobil vurdu

Bakıda marketin qarşısında dayanan şəxsi avtomobil vurdu

BMT rəsmisindən Qarabağla bağlı MESAJ

BMT rəsmisindən Qarabağla bağlı MESAJ

Gömrük nəzarətindən gizlədilən 654,9 karat brilyant qaşlar AŞKARLANDI

Gömrük nəzarətindən gizlədilən 654,9 karat brilyant qaşlar AŞKARLANDI

Həyətində terras tikirdi- 1100 illik vikinq xəzinəsi tapdı - FOTO

Həyətində terras tikirdi- 1100 illik vikinq xəzinəsi tapdı - FOTO

Allergiyası olanların NƏZƏRİNƏ - Gələn ildən etibarən sizə daha diqqətli yanaşacaqlar

Allergiyası olanların NƏZƏRİNƏ - Gələn ildən etibarən sizə daha diqqətli yanaşacaqlar

“Heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır”

“Heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır”

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalandı - FOTO

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalandı - FOTO

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsi BAŞLADI

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsi BAŞLADI

Prezidentin nümayəndəsi: “Minalı ərazilərin 75 faizi hələ də ölüm saçır” - FOTO

Prezidentin nümayəndəsi: “Minalı ərazilərin 75 faizi hələ də ölüm saçır” - FOTO

Nazirlik əməkdaşı vəfat etdi

Nazirlik əməkdaşı vəfat etdi

Azərbaycanda uşağın əli ət maşınında qaldı- 8 saatlıq əməliyyatla bərpa olundu – FOTO

Azərbaycanda uşağın əli ət maşınında qaldı- 8 saatlıq əməliyyatla bərpa olundu – FOTO

Bakıdakı məktəblər dezinfeksiya edilir – FOTO

Bakıdakı məktəblər dezinfeksiya edilir – FOTO

Xalq artistinin 1 yaşlı nəvəsi –Foto

Xalq artistinin 1 yaşlı nəvəsi –Foto

Maduro cütlüyü ittihamları rədd edir – VƏKİLLƏRDƏN AÇIQLAMA

Maduro cütlüyü ittihamları rədd edir – VƏKİLLƏRDƏN AÇIQLAMA

Qəbələdə güclü sel Laza yolunu dağıtdı

Qəbələdə güclü sel Laza yolunu dağıtdı

Pul cəsurları sevir: mənfəət üçün risk etməkdən qorxmayan BÜRCLƏR

Pul cəsurları sevir: mənfəət üçün risk etməkdən qorxmayan BÜRCLƏR

Səhiyyə Nazirliyi adından saxta vakansiya ilə vətəndaşları aldadanlar CƏZALANDIRILDI – RƏSMİ/ÖZƏL

Səhiyyə Nazirliyi adından saxta vakansiya ilə vətəndaşları aldadanlar CƏZALANDIRILDI – RƏSMİ/ÖZƏL

Argentinada bütün matçlar Messinin şərəfinə dayandırılacaq

Argentinada bütün matçlar Messinin şərəfinə dayandırılacaq

55 yaşlı kişinin meyiti həyətində tapıldı

55 yaşlı kişinin meyiti həyətində tapıldı

End of content

No more pages to load

RADİO