Tərtərdə küçədən meyit tapılıb.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Qapanlı kəndində baş verib.
Kənd sakini 46 yaşlı Eyvaz İlya oğlu Əliyevin meyiti yaşadığı kəndin ərazisində, küçədə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Məlumata görə, Eyvaz Əliyev borclu qismində axtarışda olub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media