Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin olunub.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, Mərkəzi Bankın Pul siyasəti Departamentının şöbə rəisi Anar Paşacanov Dünya Bankının İcraçı Direktorunun müşaviri təyin olunub.
Məlumata görə, o, fəaliyyətinin ilk dövründə həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu (IMF) üzrə ölkəni təmsil edəcək.
Xatırladaq ki, A.Paşacanovun peşəkar fəaliyyətinin əsas hissəsi Azərbaycan Mərkəzi Bankı ilə bağlı olub. O, 2013-cü ildən Mərkəzi Bankın Pul Siyasəti Departamentində müxtəlif vəzifələrdə çalışıb, son illərdə isə şöbə rəhbəri kimi fəaliyyət göstərib.
A. Paşacanovun beynəlxalq maliyyə institutları ilə də geniş iş təcrübəsi var. O, fəaliyyət dövründə IMF, Dünya Bankı və digər beynəlxalq tərəfdaşlarla makroiqtisadi siyasət, maliyyə sektoru və texniki əməkdaşlıq çərçivəsində çalışıb.
A. Paşacanov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. O, makroiqtisadiyyat üzrə doktorluq dərəcəsinə malik olmaqla yanaşı, ABŞ-da Michigan State Universitetində "Hubert H. Humphrey Fellowship" proqramı çərçivəsində iqtisadi inkişaf üzrə postdoktoral təhsil alıb.
Bizim.Media