Türkiyənin "Trabzonspor" klubu baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qara dəniz təmsilçisi məlumat yayıb.
48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, "Trabzonspor" Superliqada 3 oyundan sonra 4 xalla 11-ci pillədə qərarlaşıb.
Bizim.Media