Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...

“1937–1938-ci illərdə Azərbaycanda minlərlə ziyalı, din xadimi və ictimai-siyasi xadim "xalq düşməni" ittihamı ilə güllələnib. Məmmədəli Abbasqulu oğlu Əliyev bu proseslərin rəsmi dövlət sənədlərində (aktlarda və edam protokollarında) adı icraçı kimi keçən və sovet repressiya aparatının amansız qərarlarını yerinə yetirən şəxslərin gizli siyahısında yer alır”.

Bizim.Media xəbər verir ki, bu barədə tarixçi-alim, professor Zaur Əliyevin araşdırmasında qeyd olunub.

O bildirib ki, Məmmədəli Əliyev yüksək rütbəli NKVD zabiti və ya komissar olmadığı, sadəcə verilən gizli tapşırıqları yerinə yetirən sıravi icraçı olduğu üçün onun haqqında geniş bioqrafik araşdırmalar aparılmayıb:

“Çox təəssüf ki, fotosunu tapa bilmədim. Dəfələrlə arxivlərə baş vursam da, barəsində çox az məlumat olan bu şəxsin bütün məlumatları və şəxsi işi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində gizli saxlanılıb.

Sovet xüsusi xidmət orqanları güllələnmə hökmlərini kütləvi şəkildə icra etmək üçün psixoloji baxımdan bu işə uyğun gələn yerli əməkdaşlardan xüsusi icra qrupları formalaşdırırdı. O da bu qrupun fəal üzvü olmuşdur.

Dövlət təhlükəsizliyi serjanti hərbi rütbəsi olub. 22 fevral 1938-ci il tarixli 410 №-li əmri ilə alıb. Qeyd edim ki, bu rütbə Qırmızı Ordunun Leytenant rütbəsinə bərabər tutulurdu.

Məmmədəli Əliyev NKVD rəhbərliyinin, xüsusilə Mixail Sumbatov-Topuridzenin birbaşa şifahi və xüsusi yazılı əmrlərini yerinə yetirən "müvəqqəti operativ icra qrupunun" üzvü idi. Bu qrupun üzvləri gündüzlər adi kargüzarlıq və ya inzibati işlərlə məşğul olur, yalnız gecə saat 01:00-dan 04:00-a qədər cəlladlıq missiyasını yerinə yetirirdilər. Onlara bu qanlı fəaliyyətlərinə görə maaşlarından əlavə xüsusi mükafatlar və ərzaq, əsasən spirtli içki payı verilirdi.

O, NKVD əməkdaşı kimi repressiya olunmuş şəxslər barəsində çıxarılan güllələnmə qərarlarının icra sənədlərini imzalayan və bu aktları rəsmiləşdirən şəxslərdən biri olub.

Məmmədəli Əliyev Bakıda və ətraf ərazilərdə gizli şəkildə həyata keçirilən kütləvi güllələnmə proseslərinin birbaşa icraçısı kimi tanınır.

NKVD binasının zirzəmilərində və ya Bayıl həbsxanasında gecə saatlarında keçirilən güllələnmə proseslərində birbaşa silahı çəkib, ölüm hökmü alan şəxsləri öldürüb.

Edam prosesindən sonra qurbanların cəsədlərinin Xəzər dənizində yerləşən Nargin adasına aparılmasına və ya digər gizli kütləvi məzarlıqlarda basdırılmasına bilavasitə nəzarət edib.

NKVD-nin gizli təlimatlarına əsasən, cəsədlər adada basdırılarkən üzərlərinə əhəng tökülürdü ki, bədənlər sürətlə parçalansın və gələcəkdə basdırılma yerləri tapılsa belə, şəxsiyyətləri müəyyən etmək qeyri-mümkün olsun.

Məmmədəli Əliyevin və digər azərbaycanlı cəlladların adları 2016-cı ildə Rusiyanın "Memorial" Hüquq Müdafiə Cəmiyyəti "SSRİ təhlükəsizlik orqanlarının kadr heyəti: 1935-1939" adlı irihəcmli məxfi bazanı və sənədləri ictimaiyyətə açıqladıqdan sonra bəlli olub.

Azərbaycan SSR üzrə müəyyən edilən 278 NKVD əməkdaşından yalnız 57-si milliyətcə azərbaycanlı idi ki, onların da daxilində Məmmədəli Abbasqulu oğlu Əliyevin adı birbaşa icraçı-cəllad kimi qeyd edilmişdi.

Məlumata görə, 1941-ci ildə İkinci Dünya Müharibəsi başladıqdan sonra keçmiş edam icraçılarının böyük hissəsi xüsusi cəza batalyonlarına cəlb edilərək ən təhlükəli döyüş nöqtələrinə göndərilib, cəllad Məmmədəli Əliyev də bunların içində olub. Burda isə sənədlərin davamı boş sarı vərəq gəlir.

Bir versiyaya görə isə ad-soyadı dəyişdirilib, Rusiyanın ucqar əyalətlərindən birinə yerləşdirilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin SAYI

Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin SAYI

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

40 il əvvələdək dünyadan xəbərləri yox idi- Zamanı da tanımırlar...

40 il əvvələdək dünyadan xəbərləri yox idi- Zamanı da tanımırlar...

Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

Məktəbli geyimləri UCUZLAŞDI: Satış ünvanları –SİYAHI

Məktəbli geyimləri UCUZLAŞDI: Satış ünvanları –SİYAHI

Sabirabadda əməliyyat: Saxlanılan var – FOTO

Sabirabadda əməliyyat: Saxlanılan var – FOTO

Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

İlham Əliyevdən Maya Sanduya MƏKTUB

İlham Əliyevdən Maya Sanduya MƏKTUB

“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı – RƏSMİ

“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı – RƏSMİ

Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video

Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video

Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - ANBAAN VİDEO

Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - ANBAAN VİDEO

Xankəndidə toyuq hini ilə bağlı məsələyə - Rəsmi reaksiya

Xankəndidə toyuq hini ilə bağlı məsələyə - Rəsmi reaksiya

17 yaşlı Böyükağa yol qəzasında həyatını itirdi – ÖZƏL

17 yaşlı Böyükağa yol qəzasında həyatını itirdi – ÖZƏL

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

Daşkənddə Nizami İMZASI – Bir universitetdən daha böyük tarix

Daşkənddə Nizami İMZASI – Bir universitetdən daha böyük tarix

Bakıda güclü külək ağacı aşırdı - Foto

Bakıda güclü külək ağacı aşırdı - Foto

Problemlərinizi hər kəsə danışmayın:3 ciddi səbəb

Problemlərinizi hər kəsə danışmayın:3 ciddi səbəb

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi BAŞLAYIR

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi BAŞLAYIR

Sosial sığorta haqları hesabına verilən müavinətlərlə bağlı AÇIQLAMA

Sosial sığorta haqları hesabına verilən müavinətlərlə bağlı AÇIQLAMA

“Evdə tək”in aktyoru vəfat etdi

“Evdə tək”in aktyoru vəfat etdi

End of content

No more pages to load

RADİO