Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçinlə bağlı paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı ilə boks əlcəkləri taxaraq zarafatla dalaşdığını bildirib:
“Elçinə kinim var idi. Bu əlcəkləri gətirdi ki, çəkilişdən maşında qalıb, gəl dalaşaq. Mənə şərait yaradırdı ki, onu vurum. Arada yüngülcə özü də vururdu. Çox bilmiş ərim, indi başa düşürəm sənin siyasətini. Nə qədər saf olmuşam. Ancaq deyim ki, xeyri oldu”. (axşam.az)

Bizim.Media