Müasir dövrdə uşaqlar fiziki olaraq daha zəifdirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “Euronews” saytında yayımlanan araşdırmada bildirilib.
Araşdırma çərçivəsində günümüzdə uşaqlarının fiziki hazırlıq səviyyəsi keçmişdəki həmyaşıdları ilə müqayisə edilib.
İspaniyanın Saraqosa Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada 20 Avropa ölkəsindən 1965–2023-cü illər arasında 6–16 yaş aralığında olan 417 362 iştirakçının məlumatları təhlil edilib.
Nəticəyə əsasən, Avropada uşaqların fiziki vəziyyəti son 60 ilin demək olar ki, bütün dövrləri ilə müqayisədə daha pis hesab edilib.
Belə ki, müasir dövrdə uşaqlar açıq havada keçirdikləri vaxtdan daha çoxunu ekran qarşısında keçirdikləri üçün güc, elastiklik və bədən kompozisiyası baxımından kifayət qədər yaxşı vəziyyətdə deyil.
Tədqiqatçılar uşaqlıq və yeniyetməlik dövründə fiziki aktivliyin olduqca vacib olduğunu vurğulayıblar. Onların sözlərinə görə, uşaqlar gündə ən azı 60 dəqiqə orta və ya yüksək intensivlikli fiziki fəaliyyətlə məşğul olmalıdırlar.
Bizim.Media