Sumqayıt Sənaye Parkında qida sənayesi üzrə müəssisə fəaliyyətə başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Belə ki, “Bimbo QSR Azərbaycan” MMC-yə agentliyin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
İnvestisiya dəyəri 27,5 milyon manat olan layihə çərçivəsində burger və hot-doq üçün bulka istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 150 milyon ədəd təşkil edəcək.
Layihə çərçivəsində 100-dən çox yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsal prosesində yerli xammaldan istifadə olunacaq. Müəssisədə istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, region ölkələrinə ixracı da nəzərdə tutulur.
Bizim.Media