Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Avqustun 14-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib. Festivalın əsas məqsədi meyvəçilik sahəsində müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqinin təşviq edilməsi, intensiv bağçılığın inkişaf perspektivlərinin nümayiş etdirilməsi, fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması, qabaqcıl təcrübələrin bölüşdürülməsi və aqrar sahədə fəaliyyət göstərən subyektlər arasında əməkdaşlığın genişləndirilməsidir.

General Mahmud Əbilov adına Qusar Şəhər Mərkəzi Meydanında keçirilən tədbirdə intensiv meyvə bağlarının salınması və becərilməsi ilə məşğul olan təsərrüfat subyektləri, meyvəçilik təsərrüfatları, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, fermerlər və sahibkarlar iştirak ediblər.
 

Festivalın açılışında çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun aqrar potensialı, xüsusilə meyvəçilik sahəsində mövcud imkanlar barədə məlumat verib. İcra başçısı qeyd edib ki, Qusar rayonu əlverişli təbii-iqlim şəraiti, torpaq ehtiyatları və formalaşmış kənd təsərrüfatı ənənələri ilə meyvəçiliyin, o cümlədən intensiv bağçılığın inkişafı üçün geniş imkanlara malikdir. İcra başçısı kənd təsərrüfatının rayonda dayanıqlı inkişafında sahibkarlara dövlət dəstəyinin mühüm rolunu xüsusi qeyd edərək, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın aqrar sahənin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəflərinə toxunub. O, meyvəçilik sahəsinin aqrar sektorun mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bu sahədə intensiv istehsalın genişləndirilməsinin, müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Dövlət Proqramında meyvəçilik təsərrüfatlarının inkişaf etdirilməsi, istehsalın səmərəliliyinin və məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və sahənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində mühüm hədəflər müəyyənləşdirilib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festivalın aqrar sahədə bilik və təcrübə mübadiləsi, müasir texnologiyaların və innovativ yanaşmaların nümayişi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu cür tədbirlər fermerlər, sahibkarlar və aqrar sahədə fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın genişləndirilməsinə və yeni biznes əlaqələrinin qurulmasına imkan yaradır.
 

"İSFA" MMC-nin rəhbəri Samir Xeyirbəyov və "Metak" şirkətinin təsisçisi Alik Kərimov festivalın fermerlərin inkişafı və aqrar sahədə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar həmçinin sahibkarlar olaraq, ölkə başçısı tərəfindən kənd təsərrüfatı sahəsində qarşıya qoyulan vəzifə və hədəflərin icrasında fəal iştirak edəcəklərini bildiriblər.


Festival çərçivəsində ölkənin müxtəlif bölgələrindən 70-dən artıq meyvəçilik təsərrüfatı subyekti, fermer və sahibkar iştirak edib.  Tədbir çərçivəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəf və istiqamətlərini əks etdirən məlumatlandırıcı posterlər də nümayiş etdirilib.

Festival çərçivəsində Rayon İcra Hakimiyyətinin inzibati binasında “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi də keçirilib. Paneldə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Aqrar Sığorta Fondunun və “Unibank” MMC-nin nümayəndələri iştirak ediblər. Müzakirə zamanı fermer və sahibkarların dövlət dəstəyi mexanizmlərindən, maliyyə resurslarından və aqrar sığorta xidmətlərindən yararlanma imkanları barədə məlumat verilib.

Festival aqrar sahədə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, regionlarda aqrar biznes mühitinin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqinin təşviqi və intensiv meyvəçilik sahəsində qabaqcıl təcrübələrin yayılması baxımından əhəmiyyətli platforma olub.

















Aytəkin Alxaslı, Şimal bürosu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

Tələbələrin gözü təqaüddə - Sentyabrın ödənişləri nə vaxt veriləcək?

Tələbələrin gözü təqaüddə - Sentyabrın ödənişləri nə vaxt veriləcək?

Özbəkistanın müdafiə nazirindən Xocavənddə önəmli AÇIQLAMA: “Hərbi qulluqçularımız peşəkarlıqlarını nümayiş etdirdilər”

Özbəkistanın müdafiə nazirindən Xocavənddə önəmli AÇIQLAMA: “Hərbi qulluqçularımız peşəkarlıqlarını nümayiş etdirdilər”

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

End of content

No more pages to load

RADİO