Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti AÇIQLADI

Azərbaycanda qarpızın çörək və pendirlə birlikdə yeyilməsi uzun illərdir davam edən yay ənənələrindən biridir. Lakin son vaxtlar bəzi mütəxəssislər bu qida birləşməsinin qanda şəkərin sürətlə yüksəlməsinə və həzm sistemi üçün əlavə yük yaratmasına səbəb ola biləcəyini bildirirlər. Bu isə cəmiyyətdə illərdir formalaşmış qidalanma vərdişlərinin sağlamlığa təsiri ilə bağlı sualları yenidən gündəmə gətirib.

Bəs uzun illər eyni qaydada qidalanan insanların orqanizmi bu birləşməyə uyğunlaşa bilərmi, yoxsa mümkün risklər yenə də qalır? Qarpızın çörək və pendirlə birlikdə yeyilməsi sağlam insanlar üçün də risk daşıyır, yoxsa bu daha çox müəyyən xəstəlikləri olan şəxslərə aiddir?

Bizim.Media xəbəbr veriri ki, “AzPolitika”ya açıqlama verən qida üzrə mütəxəssis Fərid Səfərov deyib ki, qarpızı çörək və pendirlə birlikdə yemək Azərbaycanda geniş yayılmış qidalanma vərdişidir.

Onun sözlərinə görə, sağlam insanlarda bu kombinasiyanın mütləq zərərli olduğunu söyləmək düzgün olmaz:

“Burada əsas məsələ porsiya miqdarı, qəbul tezliyi və insanın sağlamlıq vəziyyətidir. Qarpızın qlisemik indeksi yüksək olsa da, tərkibində suyun çox olması səbəbindən qlisemik yükü orta səviyyədə qiymətləndirilir. Lakin qarpız çörəklə birlikdə və xüsusilə böyük porsiyalarda qəbul edildikdə ümumi karbohidrat miqdarı artır və qanda şəkərin daha sürətli yüksəlməsinə səbəb ola bilər”.

Ekspert qeyd edib ki, buna görə şəkərli diabeti, insulin müqaviməti və ya artıq çəkisi olan şəxslərin bu birləşməni ehtiyatla istehlak etməsi daha məqsədəuyğundur:

“Digər tərəfdən, bəzi insanlarda qarpızın çox miqdarda qəbul edilməsi köp, qaz və həzm narahatlığı yarada bilər. Çörək də bu təsiri müəyyən qədər artıra bilər. Ancaq bu, hər kəsdə müşahidə olunmur və daha çox həssas həzm sistemi olan insanlara aiddir. Pendirə gəldikdə isə, onun tərkibindəki zülal və yağ qarpızdakı şəkərin sorulmasını müəyyən qədər ləngidə bilər. Lakin çox duzlu pendirlərin qarpızla birlikdə həddindən artıq istehlakı, xüsusilə yüksək təzyiq və böyrək xəstəliyi olan insanlar üçün uyğun hesab edilmir”.

F.Səfərov sonda əlavə edib ki, illərdir bu qidanı birlikdə yemək orqanizmin ona “alışması” və zərərsiz etməsi anlamına gəlmir:

“Əgər hər hansı qida həzm pozğunluğu yaradırsa və ya mövcud xəstəliyi ağırlaşdırırsa, uzun müddət istifadə olunması onu təhlükəsiz etmir. Sağlam insanlarda isə qarpızı çörək və pendirlə arabir və ölçülü miqdarda qəbul etmək adətən ciddi problem yaratmır. Ən vacib prinsip isə istənilən qidanı həddi aşmadan və fərdi sağlamlıq vəziyyətini nəzərə alaraq istehlak etməkdir. Sonda demək istəyirəm ki, sağlam qidalanaraq sağlam yaşayın”.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

Tələbələrin gözü təqaüddə - Sentyabrın ödənişləri nə vaxt veriləcək?

Tələbələrin gözü təqaüddə - Sentyabrın ödənişləri nə vaxt veriləcək?

Özbəkistanın müdafiə nazirindən Xocavənddə önəmli AÇIQLAMA: “Hərbi qulluqçularımız peşəkarlıqlarını nümayiş etdirdilər”

Özbəkistanın müdafiə nazirindən Xocavənddə önəmli AÇIQLAMA: “Hərbi qulluqçularımız peşəkarlıqlarını nümayiş etdirdilər”

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi

Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi

End of content

No more pages to load

RADİO