Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər uğurla davam edir – FOTO

“Regional kiber məsələlər” layihəsi çərçivəsində Mərkəzi Aran regionunda kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanması məqsədilə təlimlər uğurla davam etdirilir.

Bizim.Media xəbər verir ki, iyun ayından etibarən başlayan layihə çərçivəsində əsas təlimlər Saatlı rayonunda təşkil olunur.

Təlimlərdə Mərkəzi Aran regionunun müxtəlif rayonlarından 30-a yaxın iştirakçı kibertəhlükəsizlik üzrə nəzəri və praktiki biliklər əldə edir.

Təlim proqramında sosial mühəndislik, müasir kibertəhdidlər və informasiya təhlükəsizliyinin müxtəlif istiqamətləri ilə yanaşı, iştirakçıların texniki bilik və bacarıqlarının inkişafına da xüsusi diqqət yetirilir.
 

İştirakçılar CISCO Şəbəkə Akademiyası (“CISCO Network Academy”) beynəlxalq təlim platformasının təqdim etdiyi müasir tədris proqramları ilə təmin edilir. Təlimlər AKTA-nın peşəkar və beynəlxalq təlimçi statuslu ekspertləri tərəfindən təşkil olunur. İştirakçılara beynəlxalq CISCO Şəbəkə Akademiyasının resurslarından limitsiz istifadə təmin edilib.


Qeyd edilməlidir ki, AKTA və CISCO arasında mövcud razılaşmaya əsasən bu təlimləri bitirən mütəxəssislərin beynəlxalq sertifikat imtahanına müraciəti zamanı tələb olunan ödənişə 60% endirim tətbiq ediləcəkdir.

Sentyabr ayınadək davam edəcək layihənin əsas məqsədi regionda kibertəhlükəsizlik sahəsinə maraq göstərən könüllülərin bilik və bacarıqlarını inkişaf etdirərək, onların gələcəkdə mütəxəssis kimi formalaşmasına və bu sahədə əlavə peşə fəaliyyəti göstərməsinə imkan yaratmaqdır.

Layihə, həmçinin Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə maarifləndirmənin genişləndirilməsinə və yerli icmaların müasir kibertəhdidlər barədə məlumatlılığının artırılmasına töhfə verməyi hədəfləyir.

“Regional kiber məsələlər” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı çərçivəsində AKTA-nın təşkilatçılığı və AKTA üzvü olan “Cybersign” MMC şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir, reallıq isə...

40 yaşdan sonra işə qəbul problemi: Qanun qadağan edir, reallıq isə...

Mağazadan alınan bitkilər evdə niyə məhv olur? - Mütəxəssisdən vacib məsləhətlər - VİDEO

Mağazadan alınan bitkilər evdə niyə məhv olur? - Mütəxəssisdən vacib məsləhətlər - VİDEO

Cenifer Lopes ilk dəfə əkizlərinin şəklini paylaşdı - FOTO

Cenifer Lopes ilk dəfə əkizlərinin şəklini paylaşdı - FOTO

Çin avtomobillərini daşımağa gəmi çatmır – Avropa ŞOKDA

Çin avtomobillərini daşımağa gəmi çatmır – Avropa ŞOKDA

Bakıda 9 marşrutun hərəkət xətti dəyişdirildi

Bakıda 9 marşrutun hərəkət xətti dəyişdirildi

Dünyanın ən güclü üç universitetinə qəbul olunan azərbaycanlılar - ADLAR

Dünyanın ən güclü üç universitetinə qəbul olunan azərbaycanlılar - ADLAR

Milli komandanın baş məşqçisi gənc ulduzlardan danışdı

Milli komandanın baş məşqçisi gənc ulduzlardan danışdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat

Tramp Avropanın sədaqətini test edir – Açıq şəkildə anket göndərib

Tramp Avropanın sədaqətini test edir – Açıq şəkildə anket göndərib

Sumqayıtda kafe yanıb

Sumqayıtda kafe yanıb

Çağırışçılar yekun tibbi müayinədən belə keçəcəklər – RƏSMİ

Çağırışçılar yekun tibbi müayinədən belə keçəcəklər – RƏSMİ

Valideynlərin NƏZƏRİNƏ: Məktəbli formaları ilə bağlı son vəziyyət – VİDEOREPORTAJ

Valideynlərin NƏZƏRİNƏ: Məktəbli formaları ilə bağlı son vəziyyət – VİDEOREPORTAJ

Moskvada dəhşətli fırtına başladı – Video

Moskvada dəhşətli fırtına başladı – Video

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər uğurla davam edir – FOTO

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər uğurla davam edir – FOTO

Peşə təhsili üzrə ixtisas seçiminin nəticələri bu gün ELAN EDİLƏCƏK – ÖZƏL

Peşə təhsili üzrə ixtisas seçiminin nəticələri bu gün ELAN EDİLƏCƏK – ÖZƏL

Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vuruldu

Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vuruldu

Marsda gözlənilməz kəşf - FOTO

Marsda gözlənilməz kəşf - FOTO

Onlayn alışda pulu geri almağın əsas yolu — Açıqlama

Onlayn alışda pulu geri almağın əsas yolu — Açıqlama

Azərbaycandan tranzit keçməklə Ermənistana daha 420 ton buğda göndərildi

Azərbaycandan tranzit keçməklə Ermənistana daha 420 ton buğda göndərildi

Üçüncü ixtisas qrupunda ayrılan plan yerlərinin SAYI AÇIQLANDI

Üçüncü ixtisas qrupunda ayrılan plan yerlərinin SAYI AÇIQLANDI

Zaur-Günay cütlüyünün romantik anları diqqət çəkdi - (Video)

Zaur-Günay cütlüyünün romantik anları diqqət çəkdi - (Video)

Nazir Rövşən Fətullayevi müdir təyin etdi

Nazir Rövşən Fətullayevi müdir təyin etdi

Ətin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Ətin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Dilarə Əliyeva nəvəsinə ad günü etdi -Fotolar

Dilarə Əliyeva nəvəsinə ad günü etdi -Fotolar

End of content

No more pages to load

RADİO