Peşə təhsili müəssisələrinə ixtisas seçiminin nəticələri bu gün elan olunacaq.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib:
"Hazırda cavabların elan edilməsi istiqamətində iş aparılır. Nəticələrin bu gün ərzində açıqlanması planlaşdırılır.
Cavablar ilk olaraq şəxsi kabinetlərdə əks olunacaq, daha sonra qısa müddət ərzində namizədlərə SMS vasitəsilə də məlumat göndəriləcək",- deyə məlumatda qeyd edilib.
Nəzrin Mirzəyeva, Bizim.Media