Göyçay rayonunda üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “azertag.az”a istinadən xəbər verir ki, yol qəzası rayon mərkəzində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan üç minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.



Bizim.Media