BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi

Çinin avtomobil istehsalçısı BYD Azərbaycan, Gürcüstan və Ermənistan bazarlarını əhatə edən Cənubi Qafqaz regionu üzrə satış direktoru təyin edib.

Bizim.Media xəbər verir ki, bu vəzifəyə Azərbaycanın avtomobil sektorunda tanınmış satış, marketinq və biznesin inkişafı mütəxəssislərindən biri olan Vasif Əliyev təyin olunub.

Vasif Əliyev yeni vəzifəsində BYD-nin Cənubi Qafqaz ölkələrindəki rəsmi idxalçıları ilə şirkət arasında əlaqələrin və satış fəaliyyətinin koordinasiyasına cavabdeh olacaq.

Bundan sonra Azərbaycan, Gürcüstan və Ermənistanda fəaliyyət göstərən rəsmi BYD idxalçıları şirkətlə satış məsələləri üzrə əsas koordinasiyanı Cənubi Qafqaz üzrə satış direktoru vasitəsilə həyata keçirəcəklər.
 

Hazırda Azərbaycanda BYD-nin rəsmi tərəfdaşları “Group Motors” və “Sarda Group” şirkətləridir.


Vasif Əliyevin təyinatından sonra bu şirkətlərin, eləcə də Gürcüstan və Ermənistandakı rəsmi BYD idxalçılarının regional satış fəaliyyəti üzrə istehsalçı ilə əlaqələri yeni yaradılmış idarəetmə mexanizmi çərçivəsində koordinasiya ediləcək.

Yeni satış direktorunun fəaliyyət istiqamətlərinə region ölkələrində BYD avtomobillərinin satış strategiyasının həyata keçirilməsi, rəsmi idxalçılarla əməkdaşlığın inkişaf etdirilməsi, bazarların xüsusiyyətlərinə uyğun satış yanaşmalarının hazırlanması və brendin regional mövqeyinin gücləndirilməsi daxildir.

Qeyd edək ki, Vasif Əliyev Azərbaycanın avtomobil sektorunda satış, marketinq və biznesin inkişafı sahələri üzrə 14 ildən artıq rəhbərlik təcrübəsinə malikdir.

O, 10 il “Nurgün Motors” şirkətində avtomobil satışı və marketinq departamentlərinin rəhbəri vəzifələrində çalışıb. Vasif Əliyev bu şirkətdə satış proseslərinin idarə edilməsi, marketinq strategiyalarının hazırlanması və avtomobil brendinin yerli bazarda mövqeləndirilməsi istiqamətlərində təcrübə qazanıb.

Vasif Əliyev son dörd il ərzində isə “Auto Azərbaycan” şirkətində Biznesin inkişafı və marketinq departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib. “Auto Azərbaycan” Hyundai, GAC Motor və JAC Truck avtomobillərinin Azərbaycandakı rəsmi idxalçısıdır. O, bu vəzifədə şirkətin biznes imkanlarının genişləndirilməsi, təmsil olunan avtomobil markaları üzrə marketinq fəaliyyətinin təşkili, yeni layihələrin hazırlanması və satış strategiyalarının həyata keçirilməsinə rəhbərlik edib.

Vasif Əliyev, həmçinin Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin üzvüdür.

BYD-nin Cənubi Qafqaz üzrə satış direktoru təyin etməsi Azərbaycan, Gürcüstan və Ermənistan bazarlarındakı rəsmi idxalçılarla əlaqələrin vahid regional koordinasiya mexanizmi vasitəsilə idarə olunmasına imkan yaradacaq. Bu modelin satış planlaması, bazar strategiyasının müəyyənləşdirilməsi və rəsmi tərəfdaşlarla istehsalçı arasında operativ əlaqələrin qurulmasına töhfə verəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

End of content

No more pages to load

RADİO