Xocavənddə boş ərazidə güclü yanğın başlayıb.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, yanğın rayonun Yuxarı Veysəlli kəndi ərazisində, dağ massivində baş verib.
Küləyin təsiri ilə alovun əhatə etdiyi ərazi genişlənib. Yanğın ətraf ərazilərdən də müşahidə olunur.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Bizim.Media, Qarabağ bürosu