Səhiyyə Nazirliyindən qarayara xəstəliyi ilə bağlı AÇIQLAMA

“Samux rayonunda bir şəxsdə qarayara xəstəliyinin laborator müayinələrlə təsdiqlənməsi ilə bağlı aparılan ilkin epidemioloji araşdırmalar zamanı həmin şəxsin iribuynuzlu heyvanla təmasda olduğu müəyyən edilib”.

Bizim.Media xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Naziriyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova bildirib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar təmasda olan şəxslər müəyyənləşdirilərək tibbi müşahidəyə götürülüb, zəruri laborator müayinələr aparılır və epidemioloji tədbirlər həyata keçirilir:

“Hazırda əhali arasında qarayaranın yayılması müşahidə olunmur. Qarayara, əsasən, heyvanlardan insana keçən zoonoz xəstəlikdir və adi şəraitdə insandan-insana asanlıqla yayılan infeksiya deyil. Bu baxımdan Samuxda qeydə alınmış hadisə ilə əlaqədar əhali arasında narahatlığın yaranmasına əsas yoxdur. Bununla belə, xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək vacibdir”.

Şöbə müdiri deyib ki, qarayara “bacillus anthracis” bakteriyasının törətdiyi zoonoz infeksion xəstəlikdir:

“Qarayaranın əsas təhlükəsi bəzi hallarda ağır klinik gedişə malik olması və infeksiyanın orqanizmə yayılaraq həyati təhlükəli fəsadlara səbəb ola bilməsidir. Bununla yanaşı, xəstəlik vaxtında aşkarlandıqda və müvafiq müalicəyə başlanıldıqda müalicə oluna bilər. Qarayara ciddi, lakin vaxtında aşkarlandıqda müalicə olunan xəstəlikdir. Müalicə olunmadıqda infeksiyanın qana yayılması, sepsis, meningit və digər həyati təhlükəli ağırlaşmalar inkişaf edə bilər. Lakin xəstəliyin vaxtında müəyyənləşdirilməsi və müalicəyə başlanılması ağırlaşma riskini əhəmiyyətli dərəcədə azaldır. Bu səbəbdən xəstəliyə şübhə yaradan əlamətlər olduqda tibbi yardıma vaxtında müraciət etmək mühüm əhəmiyyət daşıyır”.

Aytəkin Qurbanova qeyd edib ki, insanlar qarayaraya, əsasən, xəstə və ya tələf olmuş heyvanlarla, onların yoluxmuş toxumaları və məhsulları ilə təmas zamanı yoluxurlar:

“Bakteriyanın sporları dəri üzərindəki kəsik və sıyrıqlardan orqanizmə daxil ola bilər. Yoluxmuş heyvanın çiy və ya kifayət qədər bişirilməmiş ətinin qəbul edilməsi də risk yaradır. Qarayaranın insandan-insana ötürülməsi olduqca nadir haldır. İnsanlarda qarayaranın əsasən dörd klinik forması ayırd edilir: dəri, mədə-bağırsaq, ağciyər və septik formalarıdır. Diaqnostika zamanı epidemioloji anamnez – şəxsin hansı qidanı qəbul etməsi, heyvanla təmasının olub-olmaması, heyvanın sağlamlıq vəziyyəti və digər məlumatlar mühüm əhəmiyyət daşıyır. Zəruri hallarda laborator müayinələr aparılır. Xəstəliyin inkubasiya dövrü yoluxma formasından və yoluxma şəraitindən asılı olaraq dəyişə bilər. Əksər halda xəstəliyin əlamətləri yoluxmadan bir neçə gün sonra meydana çıxır”.

O vurğulayıb ki, diaqnoz klinik əlamətlər, epidemioloji məlumatlar və laborator müayinələrin nəticələri əsasında müəyyən edilir:

“Xəstəliyin formasından asılı olaraq dəridə olan yaradan, qandan və digər klinik materiallardan nümunələr götürülə bilər. Laborator diaqnostikada törədicinin müəyyənləşdirilməsi üçün bakterioloji, o cümlədən PCR müayinəsindən istifadə edilə bilər. Qarayara müalicə olunan xəstəlikdir. Xəstə mütləq şəkildə hospitalizasiya olunmalıdır. Müalicənin əsasını həkim tərəfindən təyin olunan antibiotik terapiyası təşkil edir”.

Aytəkin Qurbanova onu da bildirib ki, qarayara xəstəliyindən qorunmaq üçün əhali müəyyən qaydalara əməl etməlidir:

“Baytarlıq nəzarətindən keçməmiş heyvan və ət məhsullarından istifadə etməmək, xəstə və ya səbəbi məlum olmayan şəkildə tələf olmuş heyvanlara toxunmamaq, kəsilməsinə və ətinin istifadəsinə yol verməmək, çiy və kifayət qədər bişirilməmiş ət qəbul etməmək, heyvanlarla təmas zamanı şəxsi gigiyena qaydalarına riayət etmək və müvafiq qoruyucu vasitələrdən istifadə etmək, heyvanın qəfil xəstələnməsi və ya tələf olması barədə baytarlıq xidmətinə məlumat vermək, şübhəli simptomlar yarandıqda dərhal tibb müəssisəsinə müraciət etmək lazımdır”.

Şöbə müdiri əlavə edib ki, respublikada istifadə olunan profilaktik peyvənd təqvimində qarayaraya qarşı peyvənd mövcud deyil:
 

“Onu da qeyd edək ki, Samux rayonunda qeydə alınmış hadisə ilə əlaqədar təmasda olan şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə cəlb olunub və laborator müayinələr aparılır. Hazırda əhali arasında yayılma müşahidə olunmur və hadisə aidiyyəti qurumların nəzarətindədir. Əhali xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinməlidir.


Eyni zamanda, təsdiqlənməmiş məlumatlara deyil, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi açıqlamalarına istinad etmək vacibdir. Qarayara ciddi, lakin qarşısı alına və müalicə oluna bilən xəstəlikdir. Samuxda bir yoluxma halının təsdiqlənməsi əhali arasında qarayaranın yayılması demək deyil. Hazırda əhali arasında xəstəliyin yayılması müşahidə olunmur və hadisə aidiyyəti qurumların nəzarətindədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

End of content

No more pages to load

RADİO