Beyləqan rayonunda 11 yaşlı oğlanı avtomobil vurub.
Bizim.Media xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Changan” markalı avtomobil 2015-ci il təvəllüdlü M.R-nı (Ad şərtidir) vurub.
Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Yaralı yaxınlıqda olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb.
R.M-nin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media