Dahilər niyə dəliliyin bir addımında olurlar? – Görkəmli şəxsiyyətlərin qəribə vərdişləri

Adəmdən-Xatəmə qədər görkəmli şəxsiyyətlər, tarixə öz dahilikləri ilə damğa vurmuş insanlar həm də özünəməxsus çılğınlıqları ilə yadda qalıblar. Bəlkə buna görə də “Dahiliklə dəliliyin arası bircə addımdır”- deyilir.

Bizim.Media eranın əvvəlindən sonuna qədər yaddaşlarda iz buraxmış qəribə vərdişli dahiləri bir araya gətirdi:

Qərbin Avisenna kimi tanıdığı Əbu Əli ibn Sina. Yazmazdan qabaq sevdiyi şeirləri əzbər deyərmiş. Yeri gəlmişkən dünya onu “tibbin atası” kimi tanıyır, amma onun 300-dən artıq elmi əsərinin cəmi 16-sı tibbə aiddir. Əslində poliqraf və şairdir.

Ömər Xəyyam və ya Hakim Qiyas əd-Din Əbu əl-Fəth Ömər ibn Xəyyam Nişapuri – onu isə dünya şair kimi tanısa da əslində riyaziyyatçı və alimdir. Bu günə qədər də istifadə olunan riyazi traktatları var.  Yeni bir xronologiya sistemini — Məlikşah təqvimini yaradıb. Bu təqvim əslində Qriqorian təqvimindən daha dəqiqdir. Bütün bu kəşfləri isə bildiyimiz kimi içəndən sonra edirmiş. Ayıq vaxtı isə sadəcə yatırmış.

Öz dövründə dünyanın böyük bir hissəsini gəzmiş “tarixin atası” Herodot qaranlıq düşmədən əlinə qələm almazmış.

Daha bir “ata”, amma fizikanın –  İsaak Nyuton kəşfləri zamanı və sonra onların üzərində işləyərkən bütün gün yemək yemirdi.

II Kir – kiçik bir qəbilə rəhbərindən Misirə qədər uzanan güclü bir imperiya (Əhəmənilər İmperiyası) quran fars hökmdarı. Tarixdə ilk dəfə təğyir-libas (tanınmamaq üçün paltarını dəyişmək) olub xalq arasında gəzirmiş.

Böyük ingilis yazıçısı Çarlz Dikkens hər əlli sətir yazısını bir qurtum isti su ilə “yuyurdu”.

Almanların fəxri Höte yalnız pəncərəsiz, kip bağlı otaqda işləyirdi.  

Rəssam, ixtiraçı, alim Leonardo da Vinçi kilsə zənglərinin səsini eşitmədən yaradıcılığa başlaya bilmirdi.

Filosof Artur Şopenhauer divarda asılan fleytanı çalmadan işləməzdi.

İlk qadın professor və bu günə qədər iki Nobel mükafatı qazanmış yeganə qadın alim Mariya Küri gün işığına çıxa bilmirdi, yayda da əlcəklə gəzirdi.  

IX Karl – fransızların ən xəstəhal kralı. Anasının təhriki ilə tarixin ən böyük qətliamını “Varfolomey gecəsi”ni təşkil edib. Amma səhərisi gün çox peşman olub, son nəfəsinə qədər hər gecə ağlayırmış, həm də şeir oxuya-oxuya...

Yazıçı Marsel Prust “qollarını çırmalamazdan” əvvəl mütləq ətirlənməliydi.

Böyük rus şairi Mixail Lermantov yazarkən dişlərinin arasında sadə taxta karandaş olmalıydı. Çeynəmədən fikrini toplaya bilmirmiş.

Dmitri Mendeleyev – böyük rus alimi, 500-dən artıq elmi məqalənin müəllifi. Elmə məlum olan bütün kimyəvi elementləri müəyyən bir nizama görə təsnifləşdirən məşhur cədvəlin yaradıcısı. Boş vaxtlarında çamadan düzəldirmiş. Öz paltarlarını da özü tikirmiş.

Leonid Brejnev – SSRİ rəhbərləri arasında ən tanınmışlardan olan bu siyasi fiqur müğənni Alla Puqaçovaya o qədər heyran imiş ki, özünü “Alla Puqaçova dövründə kiçik bir siyasi fiqur” adlandırırdı. Hər səhər işə bu məşhur müğənninin mahnıları ilə başlayırdı.

Uolt Disney – məşhur animator, ilk səsli cizgi filminin yaradıcısı, Disney əyləncə parkının yaradıcısı etiraf etmişdi ki, yatağında Mikki Maus kuklası olmadan gözünə yuxu getmir.

Pol Makkartni – bəstəkar, müğənni. Bir vaxtlar dünyanın ən zəngin musiqiçisi olan şəxs. Onun məşhur “Yesterday” mahnısı ən çox səsləndiyinə görə rekorda malikdir. Rəsm çəkməyi necə çox sevirmişsə, əlinə qələm düşən kimi bütün səthlərin üzərinə çəkirmiş. 

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

End of content

No more pages to load

RADİO