21 yaşlı gənc suda boğulub. Hadisə Mingəçevirdə baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Gəncə sakini su anbarında boğulub.
Gəncə şəhər sakini, 21 yaşlı Təhməz Natiq oğlu Abdullayev Mingəçevir su anbarında çimərkən boğulub.
Onun axtarışlarına FHN-in Aran dalğıc-axtarış qrupu cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu