BİZİM TƏQVİM:13 avqustda baş vermiş tarixi hadisələr

Azərbaycanın görkəmli sərkərdələrindən olan Ağa Məhəmməd şah Qacar 1795-ci ilin bu günü taxt-taca sahib oldu və beləliklə, Qacarlar sülaləsi 1925-ci ilədək hakimiyyətdə qaldı. Ağa Məhəmməd şah 1797-ci ildə Gürcüstanı tutdu. 1798-ci ildə Qarabağda Şuşa qalasını aldıqdan sonra isə yaxın adamları tərəfindən qətlə yetirildi.  Fransız yazıçısı Jan Kevr Ağa Məhəmməd şah Qacarın ömür yolundan bəhs edən “Xacə şah” romanını yazıb.

Bəs, avqustun 13-də dünyada daha hansı hadisələr baş verib?

1. 13 avqust 1928-ci ildə dünyada ilk rəngli televiziya proqramı yayımlanıb. Proqramın nümayişi şotland alimi Con Berdin əsasını qoyduğu Avropa səhmdar şirkətinə məxsus radiostansiya vasitəsilə Londonda həyata keçirilib. Bununla da Berd müasir rəngli televizorların ilk modelini hazırlayıb.

2. 1961-ci ilin 13 avqustundan Berlini ikiyə bölən və “Soyuq müharibə”nin simvolu sayılan divar inşa edilməyə başlandı. Uzunluğu 46 kilometr olan Berlin divarı şəhərin şərq və qərbini 30 il boyu fiziki olaraq bir-birindən ayırdı. Alman xalqının faciəvi rəmzi olan bu divar 1989-cu ildə dağıdılanda həm də bütün dünyada sosializm sisteminin parçalanma rəmzinə çevrildi.

3. 13 avqust 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan (Ronald Reagan) "İran-Kontra qalmaqalı" ilə bağlı məsuliyyət daşıdığını rəsmi olaraq qəbul etdi. Qeyd edək ki, qalmaqal podpolkovnik Oliver Nortun rəhbərliyi altında olan bir qrupun qeyri-qanuni olaraq İrana Amerika silahlarını satması və əldə edilən gəlirin Nikaraquadakı sosialist hökuməti devirmək üçün mübarizə aparan silahlı qruplara köçürüldüyünün öyrənilməsi ilə ortaya çıxmışdı.

4. Dünyada yaşayan solaxaylar hər il avqustun 13-nü Ümumdünya Solaxaylar Günü kimi qeyd edirlər. Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə təsis edilib. Bəzi məlumatlara görə, hazırda dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Dünyada solaxay məşhurlar da çoxdur. Buna misal olaraq, Leonardo da Vinçi, Yuli Sezar, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Uinston Çörçill, Ronald Reyqan, Barak Obama, Bill Qeyts və başqalarını göstərmək olar.

13 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 13 avqust 1899-cu ildə Amerika rejissoru, “Oskar” mükafatları laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.

2. Kuba inqilabının rəhbəri, Kuba Dövlət Şurası və Nazirlər Sovetinin sədri Fidel Kastro 1926-cı ilin 13 avqustunda doğulub. 23 yaşında (1949) Havana Universitetinin hüquq fakültəsini, sonra aspiranturasını bitirib. Kastro 1952-ci ilin martında Batista diktatirasını devirmək məqsədilə hərbi-siyasi təşkilat yaradıb. Bir il sonra (1953) hakimiyyət orqanları onu 15 il azadlqıdan məhrum edib. Amma 2 il sonra (1955) o, amnistiyaya düşərək həbsdən buraxılıb. Fidel Kastronun rəhbərlik etdiyi partizan müharibəsi nəticəsində 1959-cu il yanvarın 1-də Batista diktaturası devrilib. Həmin ilin fevralından o uzun illər Kuba respublikasının başçısı olub. (1926-2016)

3. Fantastik ədəbiyyatın Jül Vern kimi ikinci böyük dahisi olan ingilis jurnalisti və tarixçisi Herbert Corc Uells 13 avqust 1956-cı ildə 80 yaşında dünyadan köçüb. Onun qələmə aldığı "Zaman maşını", "Dünyalar müharibəsi" və "Gözəgörünməz adam" əsərləri bir çox dilə tərcümə edilib və əsasında filmlər çəkilib. (1866-1956)  

4. Azərbaycanın ilk maarifpərvər qadınlarından olan Rəhilə Hacıbababəyova 1882-ci ilin bu günü Tiflisdə anadan olub və oradaca Müqəddəs Nina Məktəbini bitirib. Bakıdakı Rus-Azərbaycan Qız Məktəbində pedaqoji fəaliyyətə başlayan Rəhilə Hacıbababəyovanın təşəbbüsü ilə paytaxtda Azərbaycan dilində qızlar üçün ikisinifli məktəb açılıb və özü də uzun illər həmin məktəbdə müdir olub. (1882-1954)

5. 13 avqust 1944-cü ildə Əməkdar artist Mansur Mansurov (1944 – 22.4.2020) Bakıda doğulub. 1970-ci ildən ömrünün sonuna qədər A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub.

6. 13 iyul 1889-cu ildə maarif və mədəniyyət xadimi Xosrov Axundzadə (1889–1960) Şuşada anadan olub.

7. 13 iyul 1910-cu ildə yazıçı-dramaturq, tərcüməçi Nağı Nağıyev (1910–1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub.

8. 13 iyul 1926-cı ildə Xalq rəssamı Vidadi Nərimanbəyov (1926–2001) anadan olub. “Yolda”, “Xatirələr”, 20 Yanvar mövzusunda “Qatillər” tabloları və s. əsərlərin müəllifidir.  20-dək ölkədə sərgisi keçirilib.

9. 13 iyul 1936-cı ildə kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Rasim İsmayılov (1936 – 4.5.2004) anadan olub. “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Babək” və s. filmlərin quruluşçu operatoru olub. “Şir evdən getdi”, “Sizi dünyalar qədər sevirdim” və s. bədii filmlərə quruluş verib.

10. 13 iyul 1946-cı ildə bəstəkar Eldar Rüstəmov (1946–2010) anadan olub. Romans, süita, oda və s. janrlarda əsərlər, filmlərə musiqilər yazıb.

11. 13 iyul 2001-ci ildə Xalq şairi Mirvarid Dilbazi (19.8.1912 – 2001) vəfat edib. . “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ekspres avtobuslar harada dayanır? -MƏKANLAR

Ekspres avtobuslar harada dayanır? -MƏKANLAR

“Brent” markalı neft BAHALAŞDI

“Brent” markalı neft BAHALAŞDI

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!- Bu gündən xətlər ayrılır

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!- Bu gündən xətlər ayrılır

Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək

Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək

İndoneziyada 7,7 bal gücündə zəlzələ oldu -Ölənlər var

İndoneziyada 7,7 bal gücündə zəlzələ oldu -Ölənlər var

Maaş və pensiya kartı ilə bağlı YENİLİK – Kimlərə şamil olunur?

Maaş və pensiya kartı ilə bağlı YENİLİK – Kimlərə şamil olunur?

Diyetoloq bal haqqında əsas yanlış təsəvvürü TƏKZİB EDİB

Diyetoloq bal haqqında əsas yanlış təsəvvürü TƏKZİB EDİB

GÜNÜN HAVASI: Yağış, külək, 37 dərəcə isti...

GÜNÜN HAVASI: Yağış, külək, 37 dərəcə isti...

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

Bu bürclərin günüdür - Bütün işləri yoluna düşəcək

Bu bürclərin günüdür - Bütün işləri yoluna düşəcək

Ronaldo və Corcinanın nikah müqaviləsinin detalları açıqlanıb

Ronaldo və Corcinanın nikah müqaviləsinin detalları açıqlanıb

Tramp: Hörmüz boğazını Amerika ərazisi elan edəcəyəm

Tramp: Hörmüz boğazını Amerika ərazisi elan edəcəyəm

Avropada Məhşər: Dəhşətli meşə yanğınları - VİDEO

Avropada Məhşər: Dəhşətli meşə yanğınları - VİDEO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

İsmayıllıya sel gəldi - VİDEO

İsmayıllıya sel gəldi - VİDEO

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

"Avroviziya"nın qaydaları dəyişdirildi

"Avroviziya"nın qaydaları dəyişdirildi

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

End of content

No more pages to load

RADİO